"Dünən saytlarda gedən xəbər məni həddindən artıq təəccübləndirdi. Hansısa sayt, deyilənə görə Turan agentliyi yayıb ki, Leyla Yunus ilə onun həyat yoldaşı hava limanında xaricə getdikləri zaman mən kiməsə demişəm, onları təyyarəyə buraxıblar, sonra onları təyyarədə saxlayıblar". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.PA rəsmisi deyib ki, bu, tamamilə yalan məlumatdır, bunu yayan hansı sayt, hansı agentlik olur-olsun təxribat ilə məşğul olur və müəyyən fikir formalaşdırmaq üçün bunu edir: "Mən ümumiyyətlə belə şeylərə münasibət bildirmək istəmirəm, amma bu qədər, bu dərəcədə yalan xəbərlərlə ictimaiyyəti aldatmağı necə qəbul edirlər, başa düşə bilmirəm".
sia.az