"Artıq Dağlıq Qarabağ münaqişənin həlli vaxtı çoxdan keçib. Ən yaxın zamanda bu işğala son qoyulmalıdır. Əgər Ermənistan sülh istəyirsə, o zaman ilk olaraq 5 rayondan geri çəkilməli, bundan sonra isə sülh danışıqlarına başlanmalıdır". SİA-nın xəbərinə görə, bu sözləri Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, bu prosesdə Türkiyənin, Avropa Birliyinin və Rusiyanın da iştirakı olmalıdır: "Ermənistan prosesi nə qədər yubadırsa, bu onun özünə zərər vurur. Ermənistan rəhbərliyi bunu anlamalıdır. Əgər Ermənistan bu münaqişənin həllini əvvəlcədən istəsəydi, o zaman bu qədər itki verməzdi. Yaxşı yadıma gəlir, 1991-ci ilin 2 mayında Brüsseldə NATO-nun toplantısında iştirak edirdim. O zaman ABŞ dövləti ilə mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirməyə çalışdıq ki, Dağlıq Qarabağ münaqişəsi ən tez zamanda həll edilsin və bölgədə həyata keçirilən böyük layihələrdə Ermənistan da iştirak etsin. Çox gərgin bir vaxt idi, biz gecə saat 11.00-a qədər gözlədik. O zaman bizə məlumat gəldi ki, Ermənistan tərəfi görüşə gəlməkdən imtina edib. Bundan sonra da itirilən vaxt Ermənistan üçün pis oldu. Ermənistan çox şeyləri itirdi".Türkiyə Azərbaycan münasibətlərinə toxunan sabiq xarici işlər naziri qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
sia.az