PDF Oxu

Siyasət

  • 10

Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Budapeştə səfəri çərçivəsində macarıstanlı həmkarı Janos Martonyi ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji, ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar barədə məlumat vermişdir. O, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdır.

AzərTAc

Digər xəbərlər