Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbirlərə start verib.Birlikdən SİA-ya verilən xəbərə görə, Ulu Öndər Heydər Əliyev irsinin araşdırılması və gənc nəslə öyrədilməsi məqsədilə "Heydər Əliyev və Azərbaycan Gəncliyi" mövzusunda həm Bakı şəhərində, həm də regionlarda konfranslar keçirilməyə başlayıb. Növbəti konfrans Sabirabad rayonunda keçirilib.Konfransda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev və digər rəsmi şəxslər, həmçinin Salyan, Neftçala, Şirvan, Hacıqabul, Saatlı, İmişli, Beyləqan, Füzuli, Xocavənd, Cəbrayıl rayonundan olan gənclər iştirak edib.Çıxışçılar Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini müxtəlif istiqamətlər üzrə əsaslandırıb və bu gün Azərbaycan dövlətinin ideoloji əsasını təşkil edən Azərbaycançılıq fəlsəfəsinin təməl prinsiplərini konfrans iştirakçılarının diqqətinə çatdırıblar.
sia.az