PDF Oxu

Siyasət

  • 8

YAP rəsmisi: “Problem bəzi partiya rəhbərlərində və onların üzvlərindədir”

YAP rəsmisi: “Problem bəzi partiya rəhbərlərində və onların üzvlərindədir”

"Vətəndaş cəmiyyəti Azərbaycanda qorunduğu qədər heç bir ölkədə qorunmur". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bəzi mətbuat orqanlarında Azərbaycanda Vətəndaş cəmiyyətinin yetərincə qorunmaması ilə bağlı məsələlərə aydınlıq gətirərkən deyib.YAP İcra katibi müavininin sözlərinə görə, Azərbaycanda siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilir: "Azərbaycanda siyasi partiyaların nizamnamə tələblərinə, ölkə qanunvericiliyinə, Siyasi Partiyalar haqqında qanuna, sərbəst toplaşmaq azadlığı qanunlarına uyğun olaraq bütün şərait yaradılıb. Sadəcə olaraq həmin qanunları kimlərsə pozursa və pozmağa cəhd göstərirsə, qanundankənar fəaliyyət göstərir və hesab edirsə ki, hansısa partiyanın təmsilçisidir deyə buna heç bir söz deyilməyəcək onlar bilsinlər ki, çox böyük səhv edirlər. Çünki bütün vətəndaşlar kimliyindən, siyasi mənsubiyyətindən, peşə fəaliyyətindən asılı olmayaraq, qanun qarşısında bərabərdir. Bununla belə bildiyiniz kimi, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi heç bir ölkədə yoxdur. Amma Azərbaycanda hər bir layihəyə, görülən işə dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Həmçinin qeydiyyatdan keçmə, mətbuat orqanları ilə bağlı ölkəmizdə heç bir problem yoxdur.Dünyanın heç bir yerində mətbuata dövlət tərəfindən dəstək mövcud deyil. Məsələn, Azərbaycanda mətbut orqanları nümayəndələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yeni mənzillər tikildi və onlara təqdim olundu. Hazırda bu proses davam edir. Eləcə də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən bərabər şəkildə hər bir yazıya və qəzetə ildə bir neçə dəfə vəsait ayrılır. O cümlədən qəzetlərin yayılması, satışı ilə bağlı da bütün məsələlər öz qaydasında gedir.Bununla belə Azərbaycanda Gənclər Fondu fəaliyyətdədir. Hər bir gənclər təşkilatı öz layihəsini Gənclər Fonduna təqdim edir və onlara vəsait ayrılır. Beləcə, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin təmin olunması istiqamətində heç bir problem yoxdur. Burada problem bəzi partiya rəhbərlərində və onların üzvlərindədir. Çünki onlar öz partiyalarını geriyə aparırlar. Bir sözlə, onlar hələ də 1990-cı il düşüncəsindən kənara çəkilməyiblər".

sia.az

Digər xəbərlər