"Ermənistandakı təşkilatlar belə kitablardan istifadə edirlər"
"Biz kitablarımızə hər yerdə nəşr etdiriruk və bunu müxtəlif dillərə tərcümə edərək yayırıq". Bu fikirləri Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunusun evində aparılan axtarış zamanı onun nəşr etdiyi kitabın da əşyalar içində olmasına münasibət bildirərkən dedi. Akif Nağı qeyd etdi ki, ümumiyyətlə, Qarabağ həqiqətləri ilə bağlı bütün məlumatlar zaman-zaman nəşr etdirdiyi kitablarda yer alıb və tədbirlərdə işıqlandırılıb: "Hətta Ermənistanda da bizim nəşr etdirdiyimiz kitablara maraq var və həmin kitablar həmin ölkədə mövcuddur. Ona görə də Leyla Yunusun evindən bizə aid olan kitabın çıxması mənə təəccüblü gəlmir. Çünki Ermənistandakı təşkilatlar bu kimi kitablardan istifadə edirlər. Əgər Leyla Yunus dəfələrlə orada olubsa, demək həmin kitabın onda olması təbii haldır".QAT sədri Leyla Yunusun evindən erməni dilində nəşr olunmuş kitabın və erməni tarixçisinə məxsus vizit kartının çıxmasına da münasibətini açıqlayarkən dedi ki, bu məsələyə də təəccüblənməyə dəyməz: "Əgər Leyla Yunus özü etiraf edirsə ki, ermənilərlə hər gün təmasdayam, onda burada da təəccüblü heç nə yoxdur. Məncə onun evindən bir erməni kitabı çıxıbsa, demək Leyla Yunusun onlarla əməkdaşlığı ya yüksək səviyyədə deyil, ya da ermənilərlə konfidensial şəkildə iş birliyi görüb, istəyirlər ki, iz buraxmasınlar".
sia.az