PDF Oxu

Siyasət

  • 14

“Leyla Yunus bu günə qədər ermənilərin mənfəətinə çalışıb”

“Leyla Yunus bu günə qədər ermənilərin mənfəətinə çalışıb”

Beynəlxalq Diaspora Mərkəzi "hüquq carçısı" olan Leyla Yunusla bağlı bəyanat yayıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bəyanatda "hüquq carçısı"nın hərəkətləri ermənilərin mənfəətinə çalışdığı qeyd olunub."Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsi və ərazi bütövlüyünün bərpası istiqamətində dövlətimiz təxirəsalınmaz tədbirlər həyata keçirməkdədir. Ölkə prezidenti başda olmaqla, bütün qurumlar tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin durdurulması və torpaqlarımızın azad olunması üçün həm daxildə, həm də xaricdə müxtəlif tədbirlər həyata keçirilməkdədir. Lakin təəssüflər olsun ki, Azərbaycanın əldə etdiyi uğurlar həm daxildə, həm də xaricdə olan bəzi qüvvələrin qısqanclığına səbəb olmuşdur. Həm də demokratiya örtüyü ilə pərdələnmiş bu qüvvələr Azərbaycan milli dövlətçiliyini sarsıtmağa və onun inkişafına mane olmağa yönələn fəaliyyətlərindən əl çəkmirlər. Özünü "demokratiya", "insan haqqları" mücahidi elan etmiş, əslində Vətəninə qarşı düşmən fəaliyyəti aparan Leyla Yunusun əməlləri son dövrlər öz həddini aşmaqdadır. Bu qadın illərdir hüquq müdafiəçisi olduğunu bəyan edərək Azərbaycana qarşı bütün destruktiv fəaliyyətlərin ya başında, ya da çevrəsində olaraq düşmən qədərölkəmizə zərbələr vurmuşdur. Təəssüflər olsun ki, onun arxasında duran bəzi qərb dövlətləri və erməni lobbisi ilə birbaşa bağlı olan dairələrdir. Torpaqları işğal olunmuş, insanları deportasiya və soyqırıma məruz qalmış milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkün halına düşmüş ölkəmizin vətəndaşı, həm də "hüquq carçısı" olan Leyla Yunus bu günə qədər bu xalqın maraqlarına deyil, ermənilərin mənfəətinə çalışıb. Qondarma "erməni soyqırımı" ərəfəsində dövlətimizin başçısı cənab İlham Əliyevin Praqadakı tarixi çıxışı çoxlarının kürkünə birə salmışdır. Azərbaycan dövlətinin və onun prezidentinin qətiyyəti ermənipərəst dairələr tərəfindən narahatçılıqla izlənməkdədir. Belə bir məqamda Leyla Yunusun şou göstərərək Azərbaycan dövlətini ittiham etməsi məlum dairələrin ölkəmizə qarşı növbəti çirkin məqsədlərindən xəbər verir. Leyla Yunusun bu günə qədər ölkəmizə qarşı olan xəyanətini sadalamırıq. Bu haqqda Azərbaycan ictimaiyyətinin məlumatlı olduğuna əminik. Beynəlxalq Diaspor Mərkəzi (BDM) bütün bunları qeyd edərək sözdə Sülh və Demokratiya İnstitutunun və Leyla Yunusun əməllərini şiddətlə qınayır, xaricdən maliyyə almaqla ölkəmiz əleyhinə həyata keçirdiyi fəaliyyətləri Vətənə xəyanət kimi hesab edir. Illərdir Leyla Yunusun bu hərəkətlərinin cavabsız qalması ölkəmizi daha ciddi problemlərlə qarşılaşdırmaqdadır. BDM olaraq Leyla Yunusun hərəkətlərinə hüquqi qiymət verilməsi və onun ölkəmiz əleyhinə əməkdaşlığa girərək həyata keçirdiyi fəaliyyətlərin ifşa edilməsi üçün hüquq mühafizə orqanlarını təxirəsalınmaz tədbirlər həyata keçirməyə çağırırıq",- deyə bəyanatda vurğulanıb.

sia.az

Digər xəbərlər