PDF Oxu

Siyasət

  • 10

Musa Qasımlı: “Bu, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndiyini göstərir”

Musa Qasımlı: “Bu, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndiyini göstərir”

"İlk zamanlar Azərbaycanda nəinki beynəlxalq, hətta regional toplantıların keçirilməsi üçün heç bir şərait yox idi. Hər şeydən əvvəl Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsi onu göstərdi ki, Azərbaycan nüfuzlu beynəlxalq toplantıların keçirildiyi mərkəzdir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.Parlament üzvünün sözlərinə görə, bu, ölkəmizin dünya məsələlərinin müzakirəsinə açıq olduğunu bir daha göstərir: "Hazırda ölkəmiz elə bir inkişaf səviyyəsindədir ki, istənilən beynəlxalq səviyyəli tədbiri təşkil etməyə tam hazırdır. Təbii ki, bunun üçün bütün infrastruktur və şərait var. İkincisi isə məsələnin mahiyyəti və daxili tərəfidir. Dünyanın müxtəlif ölkələrinin sabiq prezidentlərinin, hökumət rəhbərlərinin, nüfuzlu ictimai-siyasi xadimlərin Bakıya gəlməsi və mühüm beynəlxalq məsələləri müzakirə etməsi sadəcə protokol anlamına gəlməməlidir. Bu, Azərbaycan dövlətinə və onun rəhbəri cənab Prezident İlham Əliyevə göstərilən böyük etimaddır. Dünyanın tanınmış xadimlərinin Bakıya toplanması eyni zamanda dövlət başçısına hörmətin göstəricisidir.Fikrimcə bu toplantıda müzakirə edilən məsələlər siyasət yürüdən xadimlərə də bir mesajdır. Onlar Bakıda hansı məsələlərin həllinin daha vacib olmasını düşünmək üçün material əldə edirlər. Bu da heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndiyini göstərir. Üçüncüsü, həmin toplantıda cənab Prezident İlham Əliyevin nitqi onun beynəlxalq məsələləri incəliyinə qədər bir daha mükəmməl səviyyədə biliyini göstərir. Hesab edirəm ki, belə bir Forumun ölkəmizdə keçirilməsi, Azərbaycanın gələcəkdə daha böyük nüfuzlu beynəlxalq toplantıların keçiriləcəyinə əsas verir".

siaşaz

Digər xəbərlər