Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunus polis və media nümayəndələrinin təhdidi ardınca, prokurorluq orqanlarına qarşı qarayaxma kampaniyasına əl atıb. SİA-nın məlumatına görə, "hüquq müdafiəçisi" öz ətrafında isterik şou yaradaraq bu dəfə də iddia edib ki, guya ona qarşı telefon zəngi vasitəsilə hər hansı bir təhdid olub və o, əri Arif Yunusla birgə təhqir edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verələn açıqlamada isə bildirilib ki, əgər Leyla Yunusa qarşı belə bir hərəkətə yol verilibsə, ona edilən telefon zənginin nömrəsini istintaqa təqdim etsin: "Leyla Yunus onu hədələyən şəxsin telefon nömrəsini istintaqa təqdim etsə, zəng edənin şəxsiyyəti müəyyənləşərək müvafiq tədbirlər görüləcək".
sia.az