"Gərək belə səhvlər etməyəydi. Çünki özünü hüquq müdafiəçisi hesab edən kəs, həmin ada layiq davranmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin direktoru Leyla Yunusun son zamanlar hüquq mühafizə orqanları və media təmsilçiləri ilə aqressiv tərzdə davranışlarına münasibətini bildirərkən dedi.
Onun sözlərinə görə, hələ evində axtarış aparıldığı ərəfələrdə Leyla Yunusun polis zabitinin papağına əl ataraq yerə atması normal hal kimi qarşılana bilməz: "Bildiyimiz qədər hüquq müdafiəçisi bütün hallarda səbrini qorumalı, qarşı tərəflə etik qaydalar çərçivəsində davranmalıdır. Ancaq o, polis zabitinin papağını başından çıxarıb yerə tullayır, qışqır-bağır salırdı. Bu, hüquq müdafiəçisinə yaraşmayan haldır. Leyla Yunus heç bir halda belə yanlışlığa yol verməməli idi".
sia.az