PDF Oxu

Siyasət

  • 10

"Ulu Öndər Heydər Əliyev ideyaları əbədidir”

"Ulu Öndər Heydər Əliyev ideyaları əbədidir”

YAP Gənclər Birliyində Ulu Öndərə həsr olunmuş dəyirmi masa keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində "Tarix klubu" layihəsi çərçivəsində "Ulu Öndər Heydər Əliyev ideyaları əbədidir" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, dəyirmi masada YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və fəal gənclər iştirak ediblər.Dəyirmi masanı giriş sözü ilə açan YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər salaraq bir sıra tarixi amillərə toxunub. "Azərbaycan xalqının dahi şəxsiyyəti, müasir Azərbaycanın qurucusu Heydər Əliyev həyat və fəaliyyətinin bütün dövürlərində Azərbaycan haqqında düşünmüş, xalqımızın xoşbəxt gələcyi üçün əlindən gələni əsirgəməmişdir"-deyə vurğulayan Mübariz Qurbanlı eyni zamanda qeyd edib ki, hakimiyyətdə olduğu bütün zamanlarda Ulu Öndər bu missiyasını inamla, qətiyyətlə, müdrik siyasəti ilə həyata keçirməyə nail olub: "İstər Sovet hakmiyyəti dövründə, istərsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra Onun ürəyi Vətəni, xalqı üçün döyünüb. 1990-cı illərin əvvəllərində ölkədə baş verən xaos və anarxiyanın qarşısını qətiyyətlə alan bu müdrik şəxsiyyət-1993-cü ilin yayından başlayaraq bütün var gücünü ölkənin güclənməsinə, inkişafına, beynəlxalq aləmdə tanınmasına sərf etdi. Nəticədə isə Azərbaycan, xalqımız bütün çətinliklərdən xilas olaraq həm regionda, həm də dünyada söz sahibinə çevrildi".Dəyirmi masa gənclər və millət vəkili arasında müxtəlif mövzuları əhatə edən və bir-birindən maraqlı diskussiya şəraitində öz işini başa vurub.

sia.az

Digər xəbərlər