PDF Oxu

Siyasət

  • 13

YAP Lerik rayon təşkilatının qadınlar şurasının III konfransı keçirilib

YAP Lerik rayon təşkilatının qadınlar şurasının III konfransı keçirilib

Konfransda YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, Lerik rayon icra hakimiyyəti başçısının birinci müavini və partiya fəalalrı iştirak ediblər. YAP Lerik rayon təşkilatının sədri E.Qənbərov tədbiri giriş sözü ilə açaraq konfrans nümayəndələrini bu əlamətdar gün münasibətilə təbrik edib. Konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Lerik rayon təşkilatı qadınlar şurasının sədri Arzu Vəliməmmədovanın hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, bu gün müstəqil dövlətimizdə qadınların yeri və rolu lazımınca dəyərləndirilir: "Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi,iş adamı, xalqın etibar etdiyi millət vəkilidir. Ulu Öndər Heydər Əliyevin sözlərilə desək, qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayagıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınının zəhmətini, fəaliyyətini yüksək qiymətləndirmiş, onlara böyük hörmət və ehtiramla yanaşmışdır. Bu gün də ölkəmizdə qadın siyasəti Cənab Prezident tərəfindən uğurla həyata keçirilir. YAP qadınlar şurasının Lerik rayon təşkilatı öz sıralarında 614 nəfəri birləşdirir. Bunların 314 nəfəri gənclərdir, 84 nəfər ali təhsilli, 318 nəfər orta ixtisas təhsilli, 212 nəfər orta təhsilli qadınlardır. YAP üzvü olan qadınların 34 nəfəri bələdiyyələrdə təmsil olunurlar. Rayonda rəhbər vəzifələrdə işləyən qadınlarımızın sayı 26 nəfərdir, 21 nəfər sahibkar qadınımız var. Səhiyyə sahəsində 70, pedaqoji sahədə 92 nəfər , mədəniyyət sahəsində 77, idarəetmədə 29 YAP üzvü olan qadın çalışır. Hesabat dövrü ərzində 1 nəfər qadın "Tərəqqi" medalına layiq görülmüşdür, rayon icra aparatına 3 nəfər qadın məsul vəzifəyə irəli çəkilmişdir, ali məktəblərə qəbul olunan qızlarımızın sayı ilbəil artır. Ötən konfransdan bu günə qədər YAP sıralarına qəbul olan qadınların sayı əvvəlki illərdən 123 nəfər çoxdur".

Hesabat məruzəsi ətrafında rayon təşkilatının qadınlar şurasının üzvü, rayon təhsil şöbəsinin metodisti Səlmiyyə Paşayeva, rayon təşkilatının gənclər birliyinin üzvü, şəhər 1 saylı litsey təmayüllü tam orta məktəbin müəlliməsi Elnurə Hadıyeva çıxış etdilər. Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının qadınlar şurasının sədrliyinə Arzu Vəliməmmədovanın namizədliyi irəli sürülüb. Konfrans iştirakçılarının yekdil rəyi ilə Arzu Vəliməmmədova yenidən YAP Lerik rayon təşkilatının qadınlar şurasının sədri, Gültəkin Şıxəliyeva isə sədr müavini seçilib.

S. Feyruzov

Digər xəbərlər