PDF Oxu

Siyasət

  • 8

Tovuzda Ulu Öndər Heydər Əliyev anılıb

Tovuzda Ulu Öndər Heydər Əliyev anılıb

Mayın 1-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Tovuz rayonunda tədbir keçirilib. Tədbirdə Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov, dövlət strukturlarının nümayəndələri və partiya fəalları iştirak ediblər.

"Heydər Əliyev yolu -Azərbaycanın dünəni, bugünü və sabahıdır" mövzusunda keçirilən tədbirdə 124 nəfər partiya üzvü iştirak edib. Tədbirdə Tusi adına məktəb ərazisi ilk partiya təşkilatının sədri Valeh Məmmədov məruzə ilə çıxış edərək Ümummillin Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev bəşəriyyətin tək-tək yetirdiyi, zəka və cəsarətinin qüdrəti ilə zamanı öz istəklərinə uyğun ram edərək vaxtı tarixə çevirmiş nadir şəxsiyyətlərdəndir: "Bu gün Azərbaycanmızda, gözümüz önündəki ən xoş reallıqlarda Heydər Əliyevin imzası var. Həmin reallıqlar Onun ruhunu xalqın ruhuna qovuşdurub. Ulu Öndər xalq üçün yaratdığı dəyərlərdə, Ondan həyat dərsi, millətə sevgi nümunəsi əxz edənlərin xatırəsində yaşayır və yaşayacaqdır. Ona görə də Ümummilli Liderimizin anadan olmasının 91-ci ildönümü hər yerdə böyük sevgi və coşqu ilə qeyd olunur".

Məruzə ətrafında YAP üzvləri İlqar Məmmədov, Ruhiyyə Aslanova, Knyaz Qasımov, Hikmət Quliyev, Yeqanə Yusifova çıxış ediblər. Çıxış edənlər Heydər Əliyev ideyalarının həyata keçirilməsi istiqamətində möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin apardığı böyük işlərdən və bununla əlaqədar partiya üzvləri qarşısında duran vəzifələrdən də geniş danışıblar.

Samir Feyruzov

Digər xəbərlər