PDF Oxu

Siyasət

  • 11

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 4-dən 10-dək Brügge şəhərində (Belçika) "Əməliyyat uğurunun əldə edilməsi məqsədilə effektiv tərəfdaşlığın formalaşdırılması" mövzusunda konfrans, mayın 5-dən 8-dək Minsk şəhərində (Belarus) "Böhranlara cavab əməliyyatlarında tibbi dəstək" mövzusunda mobil təlim qrupu təlimi, mayın 5-dən 9-dək Xaniya şəhərində (Yunanıstan) Dənizdə qadağa əməliyyatlarında birgə fəaliyyət kursu, mayın 5-dən 9-dək Brüssel şəhərində (Belçika) "Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq" kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən mayın 5-dən 30-dək Vışkov şəhərində (Çexiya) Kiçik komandirlər üçün liderlik kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

yap.org.az

Digər xəbərlər