Milli Məclis bugünkü iclasında ATƏT-in Minsk qrupu adıçəkilən qurumun Parlament Assambleyasında hesabat verməsi təklifi ilə çıxış edib və bu məsələni qurumun Bakıda keçiriləcək sessiyasının gündəliyinə salınmasını tələb edib. SİA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib.
"Biz ATƏT PA-dakı nümayəndə heyətimizə tapşıraq ki, qurumun yayda Bakıda keçiriləcək sessiyasına, o da olmasa, mütləq növbəti sessiyalarından birində Minsk qrupunun hesabatının salınması məsələsini Azərbaycan adından qaldırsın. Artıq Minsk Qrupu öz fəaliyyəti barədə ATƏT PA-da hesabat versin" - deyə, spiker bildirib.Təklif parlament tərəfindən dəstəklənib və qəbul olunub.
sia.az