PDF Oxu

Siyasət

  • 9

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü ilə bağlı tədbir keçirilib

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü ilə bağlı tədbir keçirilib

YAP Cəlilabad rayon təşkilatının keçirdiyi tədbirdə partiya fəalları, ilk təşkilat sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyaraq, Onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra "Heydər Əliyev Muzeyi"ni ziyarət edən tədbir iştirakçıları, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendləri və eksponatları böyük maraqla seyr ediblər.

Tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı geniş məruzə ilə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətinə və dövlətçiliyinə əvəzolunmaz xidmətləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirdə Azərbaycan Müəllimlər İnstitutu Cəlilabad filialının tələbəsi Günəş İbrahimova, Sabirabad kənd 2 saylı tam orta məktəbin direktoru Azad Cəfərov, "Yeni gün" qəzetinin redaktoru, rayon təşkilatının şura üzvü Böyükxan Bağırov, YAP Cəlilabad rayon təşkilatı qadınlar şurasının sədri, idarə heyətinin üzvü Fərqanə Məmmədova, partiya veteranı, idarə heyətinin üzvü Ədalət Əsgərov çıxış ediblər.

Məruzə və çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmətlərindən danışılıb, Onun Azərbaycan dövlətinin memarı və qurucusu olduğu diqqətə çatdırılıb. Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq nüfuzunun və müdafiə qüdrətinin artması, əhalinin rifahının gündən-günə yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən, paytaxtımızda və bütün bölgələrdə infrastrukturun müasir tələblərə uyğun qurulmasından və digər məsələlərdən ətraflı söz açılıb. Sonra YAP üzvlüyünə yeni qəbul olunmuş gənclərin bir qrupuna üzvlük vəsiqələri təqdim olunub.

YAP rayon təşkilatının nəzərdə tutduğu tədbirlərə uyğun olaraq Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar olaraq may ayı ərzində yeniyetmə və gənclər arasında müxtəlif idman yarışlarının keçirilməsi, "Heydər Əliyev Muzeyi"nin təhsil müəssisələrinin müəllim və şagirdləri, habelə ayrı-ayrı kollektiv üzvləri tərəfindən ziyarət olunması nəzərdə tutulub.

Samir Feyruzov

Digər xəbərlər