PDF Oxu

Siyasət

  • 8

YAP Masallı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı mini-futbol turnirinə yekun vurub

YAP Masallı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı mini-futbol turnirinə yekun vurub

Respublikamızın hər yerində olduğu kimi, Yeni Azərbaycan Partiyası Masallı rayon təşilatında da xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam etdirilir. Masallı Olimpiya Kompleksində ərazi ilk partiya təşkilatları arasında keçirilən mini-futbol turniri də bu tədbirlərdəndir. Dünən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən keçirilən mini-futbol turnirinə yekun vurulubdur.

Ərazi ilk partiya təşkilatları arasında keçirilən turnirin final görüşündə "ƏSMM" və "Bədirli" komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən final qarşılaşmasında "ƏSMM" komandası "Bədirli" komandasını 6-4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Komandaların mükafatlandırılmasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev iştirak edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçışı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətindən ətraflı məlumat verib və turnirin qalibi olmuş "ƏSMM" komandasını təbrik edib.

Sonda turnirin final mərhələsində qarşılaşmış komandalara YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələri verilib.

ÜLVİ

Digər xəbərlər