Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin Gənclər Təşkilatı fləşmob keçirib
Dünən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin Gənclər Təşkilatı fləşmob keçirib. İlk öncə gənclər "Fəxri Xiyaban"a gedərək Ümummilli Liderin məzarını ziyarət ediblər. Sonra Ulu Öndərin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamlarının hərf-hərf yazıldığı köynəkləri geyinmiş gənclər "Azərbaycanın özü qədər əbədi - Heydər Əliyev" şüarını başları üzərinə qaldırıblar.
Sonra gənclər Vətənimiz Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin "Şəhidlər Xiyabanı"nda məzarları ziyarət ediblər. Həmişə öndə olmağı bacaran gənclərimiz bu tədbirlə bir daha sübut etdilər ki, onlar həmişə Ulu Öndərin ideyalarının həyata keçməsində ön sıralarda olacaqlar.
ÜLVİ