PDF Oxu

Siyasət

  • 7

Binəqədi rayonunda "Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri" mövzuda keçirilən tədbirlərə yekun vuruldu

Binəqədi rayonunda "Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri" mövzuda keçirilən tədbirlərə yekun vuruldu

Binəqədi rayon icra hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Binəqədi rayon gənclər və idman idarəsi və HB Co.LTD -nin birgə təşkilatçılığı ilə "Binəqədi - gənclər rayonu" layihəsi çərçivəsində orta ümumtəhsil məktəblərində "Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri" mövzusunda keçirilmiş silsilə seminar - müsabiqəyə yukun vurulub. Tədbirdə Binəqədi rayon icra hakimiyyəti başısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, BMT-nin Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev və HB.Co.LTD - nin baş direktoru Hikmət Butayev, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin nümayəndələri və başqaları iştirak ediblər. İlk olaraq qonaqlara Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları "Onlara yox deyək!" devizli divar qəzeti stendləri təqdim olunub.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov layihənin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində keçirildiyini qeyd edib. R.Göyüşov 1 ay müddətində layihənin rayon üzrə 32 orta ümumtəhsil məktəbini əhatə etdiyini və silsilə tədbirlərdə gənclərin fəal iştirak etdiyini bildirərək, bu səpgidə tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb. Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov çıxışında Binəqədi rayonunun hər zaman ilklərə imza atdığını və "Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri" mövzusunda silsilə seminarların keçirilməsinin və xüsusilə də, Binəqədi rayonu üzrə bütün orta məktəbləri əhatə etməsinin də bir ilk olduğunu qeyd edib. Çıxış edən layihənin sorğusunda iştirak etmiş məktəb şagirdlərinin 90 faizinin tütün, alkoqol və digər zərərli vərdişlərə yox deməsi və bunları pisləməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev, BMT-nin Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev, HB Co.LTD-nin baş direktoru Hikmət Butayev çıxış ediblər. Bildirilib ki, hər bir valideyn, səhiyyə müəssisəsi və ümumilikdə cəmiyyət gənclərin sağlam həyat tərzində böyüməsinə diqqət yetirməlidir. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş məqsədyönlü siyasət, sağlam gənclik böyütmək, milli-mənəvi dəyərlərə sadiq olmaq, ərazi bütövlüyünü qorumaq kimi prinsiplər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə daha sonra çıxış edən Binəqədi rayon icra hakimiyyəti başçısının müavini, Binəqədi rayonu üzrə Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə Komissiyasının sədri Aygün Əliyeva Təhsil Nazirliyinə layihəni dəstəklədiyinə görə təşəkkürünü bildirib. Sonra A. Əliyeva rayonda görülən işlərə nəzər salaraq, rayon rəhbərliyinin hər zaman milli-mənəvi dəyərlərin qorunmasına, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət yetirdiyini nəzərə çatdırıb.

Tədbirin sonunda Binəqədi rayonu üzrə 32 orta ümumtəhsil məktəbini əhatə edən "Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri" mövzusunda keçirilən silsilə tədbirlərin qalibləri mükafatlandırılıb.

ZÜMRÜD

Digər xəbərlər