Bu gün Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının 184 saylı ilk partiya təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibətilə rayonun Puta qəsəbəsi 184 N- li tam orta məktəbində dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, mərasimdə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev, 184 N- li tam orta məktəbin direktoru Mehriban Ələkbərova, məktəbin müəllimləri və şagirdləri iştirak edib.Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa ediblər. Şagirdlərin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunan poeziya nümunələri səsləndirilib.Dəyirmi masanı giriş sözü ilə açan məktəbin direktoru Mehriban Ələkbərova deyib ki, bu gün ölkəmizin hər guşəsində, türkdilli ölkələrdə, Azərbaycan dövlətinin memarı, dünya şöhrətli siyasətçi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi təntənə ilə qeyd edilir.M.Ələkbərova vurğulayıb ki, "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir" ifadəsi dövrünün reallığını əks etdirən həyati həqiqətdir: "Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində azərbaycançılıq məfkurəsinin milli ideoalogiyaya çevrilməsidə ölçüyə gəlməz xidmətləri Ulu Öndərə sonsuz ehtiram, məhəbbət və əbədiyyət qazandırıb. Bunun nəticəsidir ki, Ulu Öndər Heydər Əliyevin adı Azərbaycanla qoşa çəkilir".Məktəb direktoru bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əzəmətli şəxsiyyəti Azərbaycana, doğma xalqına həsr edilmiş ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir.YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə çıxışı zamanı vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatının bütün dönəmlərində millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib: "Ulu Öndər Heydər Əliyev hələ sovet dönəmində rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə belə Azərbaycanın və azərbaycanlıların gələcəyini düşünüb və bu günümüz üçün böyük zərurət yaradan işlərin, layihələrin əsasını qoyub. Ümummilli Lider Heydər Əliyev bir dahi kimi Azərbaycan xalqının, eləcə də bəşəriyyətin, insanlığı sevən hər bir kəsin qəlbində əbədi yaşayır. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısı, qurucusudur. Ümummilli lider həyatını Azərbaycan xalqına sərf edib".A.Hüseynov qeyd edib ki, bu gün Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycanın müasir tarixi və bundan sonrakı tarixi Heydər Əliyevlə bağlı olacaq. Çünki Ulu öndərin irsi hazırki dövlət başçısı tərəfindən davam etdirilir. Hesab edirəm ki, Ümummilli liderin keçdiyi yol hər bir Azərbaycanlı üçün nümunədir".YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev isə deyib ki, fenomen şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyev hələ sağlığında ikən canlı əfsanəyə çevrilib. "Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb".Vilayət Əliyev qeyd edib ki, bu gün xalqımız Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycan indi dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir.Tədbirin davamında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibətilə məktəbin keçirdiyi müsabiqələrdə qalib olan şagirdlər mükafatlandırılıb.
sia.az