PDF Oxu

Siyasət

  • 12

“Bişkek protokolu”ndan 20 il ötür

“Bişkek protokolu”ndan 20 il ötür

Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsini nəzərdə tutan "Bişkek protokolu"nun imzalanmasından 20 il ötür.SİA-nın xəbərinə görə, 1994-cü il mayın 5-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanan sənəd mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması təklifi ilə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında saziş layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulan sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, Dağlıq Qarabağın erməni icmasının üzvü, həmin günlərdə "DQR parlamentinin spikeri" kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. Həmin gün A.Cəlilovdan başqa hamı sənədi imzalayıb.Yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilib və daha sonra sənədin əsli də oraya gedib çıxıb. Sənədi ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imza atıb.Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atıb. "Bişkek protokolu"nun 5-ci abzasında "tutulmuş ərazilər" sözləri "işğal olunmuş ərazilər" sözləri ilə əvəzlənib və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd edilib.Bu sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi" imzalamalı idilər.Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.

sia.az

Digər xəbərlər