PDF Oxu

Siyasət

  • 10

"Böyük qələbəyə inamla" filminin təqdimat mərasimi keçirilir

"Böyük qələbəyə inamla" filminin təqdimat mərasimi keçirilir

Bu gün Nizami Kino Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Böyük qələbəyə inamla" sənədli filiminin təqdimat mərasimi keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyətinin istehsalı olan, rejissor Pərviz İsgəndərovun Füruzə Nadirin ssenarisi əsasında çəkdiyi bu sınədli film Füzuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğalındam, azad olunması və bərpasından bəhs edir.Təqdimat mərasimində dövlət məmurları, Milli Məclisin deputatları, filmin yaradıcı heyəti, sənət adamları və digər qonaqlar iştirak edir."Böyük qələbəyə inamla" sənədli filminin təqdimatı mərasimində çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib Qarabağ və onun ətrafında vaş verən hadisələr Füzulidən də yan keçməyib: "İşğal zamanı 120 min əhali 58 rayonda məskunlaşmağa başladı. O dövrdə ölkə iqtisadiyyatı bərbad vəziyyətdə idi. Bundan əlavə ölkənin büdcəsi də yox idi. 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan ordusu tərəfindən Füzuli rayonun 22 yaşayış məntəqəsi düşməndın azad edildi. Hazırda 120 min nəfərdən 70 mini bu ərazilərdə yaşayır".Daha sonra "Böyük qələbəy inamla" sənədli filmi nümayiş olunub.Filmin ardınca Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, Horadiz əməliyyatında iştirak etmiş döyüşçü, Qarabağ müharibəsi veteranı Sevindik İsmayılov və Füzuli rayon sakini Məcnun Vəliyevin çıxışları olacaq.Tədbir hazırda davam edir.

sia.az

Digər xəbərlər