PDF Oxu

Siyasət

  • 9

Macarıstan qadınlarından ibarət nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində “dəyirmi masa” keçirilmişdir

Macarıstan qadınlarından ibarət nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində “dəyirmi masa” keçirilmişdir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə mayın 5-də Macarıstan Biznes Liderləri Forumunun tərkibinə daxil olan Qadın Biznes Liderləri Forumunun təsisçisi Barbola Çakonun rəhbərliyi altında nümayəndə heyətinin Bakıya işgüzar səfəri çərçivəsində "dəyirmi masa" keçirilmişdir.

Qonaqları salamlayan AQUPDK-nın sədri Hicran Hüseynova tədbirin əhəmiyyətini qeyd edərək bildirmişdir ki, Azərbaycan və Macarıstan arasında mövcud əlaqələrin məhz qadınlar vasitəsilə daha da inkişaf etdirilməsi bizi çox sevindirir. Azərbaycan əhalisinin 50,3 faizini qadınlar təşkil edir. Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin mühüm prioritetlərini təşkil edir.

Qadın Biznes Liderləri Forumunun təsisçisi Barbola Çako bildirilmişdir ki, səfərin məqsədi Azərbaycanla daha yaxından tanış olmaq, gender məsələlərini öyrənmək, eyni zamanda yerli qadın biznesmenləri ilə işgüzar əlaqələr qurmaqdır.

Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır.

AzərTAc

Digər xəbərlər