"Bu film məndə çox qəribə hisslər oyatdı. Biz bu yolda çox böyük çətinliklərlə üzləşdik. Amma bu çətinliklərə baxmayaraq, biz sabaha inamla irəlilədik". SİA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin sədr müavini Bahar Muradova Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Böyük qələbəyə inamla" sənədli filminin təqdimat mərasimində çıxışı zamanı deyib.Milli Məclisin sədr müavini deyib ki, bu gün Azərbaycan xalqı Füzuli camaatının timsalında öz dövlətinə, ölkə Prezidentinə inam şərtləndirir. Nələrimiz var idi? Nə qazandıq? Biz sadəcə insanları düşündürmək istədik. İnsan özünə əziz olanlarını itirib, onun bir hissəsini qazananda nə qədər dəyərli olduğunu anlayır. Bu film fədakar insanlar haqqında bir hekayədir. Biz bu gün Azərbaycan xalqına və dünyaya bu filmi müxtəlif auiditoriyalarda tanıdacağıq. Horadiz döyüşü Azərbaycan ordusunun nələrə qadir olacağını göstərib".
sia.az