Nizami rayonu İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib. SİA-nın məlumatına görə, aksiya çərçivəsində bu gün əsaslı şəkildə yenidən qurulan Qara Qarayev prospekti boyunca yol kənarlarında yaşıllıqların salınması məqsədilə partiya fəalları və rayon ictimaiyyəti tərəfindən yüzlərlə ağac əkilib, mövcud ağaclara isə qulluq edilib.Qeyd edək ki, rayon ərazisində ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilir.
sia.az