PDF Oxu

Siyasət

  • 9

Lerikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib

Lerikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib

YAP Lerik rayon təşkilatçılığı ilə "Heydər Əliyev Mərkəzi"ndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. İlk olaraq konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu Öndərin anadan olmasının 91-ci ildönümü ilə bağlı keçirilən elmi-praktik konfransda rayon idarə, müəssisə və təşkilat rəhbərləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və partiya fəalları iştirak ediblər. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov Ulu Öndər Heydər Əliyevin millətimiz və dövlətimiz üçün göstəridiyi misilsiz xidmətlərdən danışaraq qeyd edib ki, Ümummilli Lider Azərbaycan tarixinin fövqündə dayanan dahi şəxsiyyətdir: "Xalqımızın çoxəsrlik dövlətçilik ənənələri əsasında demokratik hüquqi dövlət quruculuğu strategiyasını və milli inkişaf konsepsiyasını praktiki şəkildə uğurla gerçəkləşdirən Ulu Öndər Heydər Əliyevin respublikamızın tənəzzül edən dövlətdən dinamik tərəqqi edən ölkəyə, hazırda sosial-iqtisadi yüksəliş tempinə görə dünyada lider dövlətə çevrilməsində xidmətləri əvəzsiz və danılmazdır. Bu gün də Cənab Prezidentimiz İlham Əliyevin gördüyü işlər sayəsində Azərbaycan özünün ən böyük inkişaf dövrünə qədəm qoyub. Cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni iş yerləri yaradılır, əhalinin rifah halı gündən-günə yaxşılaşır. Bunu regionların timsalında daha aydın görmək olur. Təkcə rayonumuzda aparılan tikinti-quruculuq, abadlıq işləri, tikilən yeni sosial obyektlər, məktəblər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən yaşayış binaları və rayonumuzun inkişafında mühüm rol oynayan turizm bazalarının yaradılması, dediklərimizə əyani nümunədir. Bu gün Lerikdə ən böyük layihələrin Modul tipli elektrik stansiyasının, Broyler fabrikinin tikilməsi, əhalimizin içməli su probleminin həll edilməsi və ilk dəfə olaraq şəhərimizdə kanalizasiya sisteminin yaradılması, kəndara avtomobil yollarının tikintisi, körpülərin salınması, bir sözlə, xalqın güzəranının ildən-ilə yaxşılaşması Heydər Əliyev siyasi kursunun təntənəsidir".

Konfransda "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi", mövzusunda YAP Lerik rayon təşkilatının sədr müavini Cəlil Baxşıyev, "Heydər Əliyev və Azərbaycan gənclər strategiyası" mövzusunda YAP Lerik rayon təşkilatı idarə heyətinin üzvü Arzuman Cəfərov, "Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti" mövzusunda isə YAP Lerik rayon təşkilatının qadınlar şurasının üzvü Rəvanə Nəhmətova çıxışlar ediblər.

Məruzələrdə qeyd olunub ki, "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır" deyən, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndər Heydər Əliyev daim xalqımız tərəfindən ehtiramla yad edilir, xatirəsi əziz tutulur. Hər il Ümummilli Liderin doğum günü silsilə tədbirlər keçirilir, həyatı və fəaliyyəti haqqında gənc nəslə məlumat verilir. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Yeni Azərbaycan Partiyasının yaranmasından bəhs edən sənədli film nümayiş olundu.

Samir Feyruzov

Digər xəbərlər