PDF Oxu

Siyasət

  • 13

"Ulu Öndər Heydər Əliyev və çağdaş Azərbaycan"

"Ulu Öndər Heydər Əliyev və çağdaş Azərbaycan"

YAP Yevlax rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı elmi-praktik konfrans keçirildi

Dünən YAP Yevlax rayon təşkilatında "Ulu Öndər Heydər Əliyev və Çağdaş Azərbaycan" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucadılmış abidəsi önünə gül dəstələri qoydular. Rayon təşkilatında keçirilən konfransda Heydər Əliyevin həyatından bəhs edən film nümayiş etdirildi.

Sonra YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev "Heydər Əliyev və çağdaş Azərbaycan" mövzusunda geniş məruzə ilə çıxış etdi: ""Azərbaycan mənim ürəyimdir" deyən Ulu Öndər bütöv bir məmləkətin məhəbbətini qəlbində daşıyaraq azərbaycançılıq məfkurəsini dünyaya yaymışdır. O, əsil lider, layiqli vətəndaş, qüdrətli sərkərdə olaraq Azərbaycan tarixinə adını qızıl həriflərlə yazmışdır. Ulu Öndər həyatının bütün anlarında Ona ehtiyac duyan xalqının yanında olmuş, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqının tarixi keçmişinin, milli-mənəvi dəyərlərinin qorunmasına xidmət etmişdir. Bütün bunları bizim hər birimiz görürük, öz həyatımızda hiss edirik".

Sonra YAP Yevlax rayon təşkilatının qadınlar şurasının sədri Əminə Əhmədova, rayon təşkilatının sədr müavini Zərifə Məmmədova "Heydər Əliyev xalqın xilasgarıdır" mövzusunda çıxış edərək bildirdilər ki, dövlətçiliyimizin müqəddəratının həll edildiyi o ağır məqamda 1993-cü ilin iyununda məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqı uçurumdan xilas etdi. Ulu Öndərimiz min bir əziyyət bahasına müstəqil Azərbaycanımızı qoruya bildi.

Prezident təqaüdçüsü Şamama Əliyeva, rayon Ağsaqqallar Şurasının sədri Kinyaz Əliyev Ulu Öndərimiz Heydər Əliyevlə bağlı görüşləri və xatirələri barədə danışdılar. Sonda çıxış edən Yevlax şəhər icra hakimiyyəti başçısının birici müavini Qənimət Qaraşov qeyd etdi ki, Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf konsepsiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Artıq regionun ən güclü dövləti olan Azərbaycan qarşısına qoymuş olduğu hədəflərə nail olur. Beynəlxalq arenalarda Cənab Prezidentimiz İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər və üstün cəhətlər ölkəmizin nüfuzunun artmasında mühüm və əhəmiyyətli dərəcədə təsir göstərir. Bütün bu önəmli xüsusiyyətlər, tarixi hadisələr, təbii ki, Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır".

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu.

Ü.Əsgərov

Digər xəbərlər