YAP Xaçmaz rayon təşkilatı Ulu Öndərin anadan olmasının 91 illiyi ilə bağlı növbəti tədbiri keçirildi
Dünən YAP Xaçmaz rayon təşkilatının qadınlar şurası gənc Heydərçilərlə birgə YAP Xaçmaz rayon təşkilatının nəzdində fəaliyyət göstərən İdeoloji Mərkəzdə Ümumilli Liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə elmi-nəzəri konfrans keçirib.
Konfransı giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının qadınlar şurasının sədri Xaçmaz şəhər 2 saylı məktəbin direktoru Sevinc Sədullayeva açaraq müstəqil Azərbaycanın yaradıcısı və memarı olan Ümumilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyi üçün göstərdiyi misilsiz xidmətindən bəhs edərək bugünkü müstəqil Azərbaycanın inkişafının və dünyada tanıdılması əsasını qoymuşdur: "Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranmışdır. Ulu Öndər Heydər Əliyevin arzusu, amalı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. Buna da özünün müdrik siyasəti sayəsində nail oldu. Məhz bu inkişafın nəticəsidir ki, Azərbaycan Respublikası bu gün əcnəbilər üçün cəlbedici dövlətə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
Dahi Öndərə məxsus "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamının dərin məna kəsb etdiyini vurğulayan S.Sədullayeva bildirdi ki, bu gün bütün Azərbaycan xalqı ilə birgə fəxr edirik ki, Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin qurduğu ölkənin vətəndaşıyıq: "Hər bir vətəndaş da Ümummilli Lider Heydər Əliyevin xalqına, millətinə qoyub getdiyi müasir Azərbaycan dövlətinə şərəflə xidmət etməli və bu dahi şəxsiyyətin ruhunu daim yüksək, layiqli əməllərimizlə şad etməliyik".
Sonra məktəblilərin ifasında himn səsləndi. Emi-nəzəri konfransda gənc Heydərçilərdən Mövlanova Tünzalə, Xudaverdiyeva Röya, Nəcəfova İlahə, Məmmədova Günel, Məmmədova Nuranə, Şirəliyeva Raziyə, Rəcəbova Aycamal, İbrahimova Sənəm, Quliyeva Sevinc, Əhmədova Məlahət "Heydər Əliyev Azərbaycanın milli inkişaf modelinin banisidir", "Heydər Əliyev - Müstəqil Azərbaycan gəncliyi", " Heydər Əliyev - Azərbaycan Qadını", "Heydər Əliyev ideyaları Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir" mövzularında məruzələrlə çıxış etdilər. Həmçinin məktəblilər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.
ÜLVİ