YAP İmişli rayon təşkilatı qadınlar şurasının IV konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüblər. Sonra tədbir rayon təşkilatının qərargahında davam edib. YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev konfransa seçilmiş nümayəndələri və dəvət olunmuş qonaqları rayon təşkilatı adından salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. S.Ağayev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, güclü iqtisadiyyatın yaradılması, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində böyük uğurlar əldə edilməsini vurğulayıb: "YAP İmişli rayon təşkilatı qadınlar şurasının üzvləri həmişə öz fəaliyyətləri ilə öndə gediblər. Belə ki, rayonumuzun bütün tədbirlərində, elmi-kütləvi yığıncaqlarda, milli-mənəvi dəyərlərimizin qorunmasında rayon təşkilatı qadınlar şurası fəal rol oynayır".
YAP İmişli rayon təşkilatı qadınlar şurasının sədri B.Quliyeva hesabat dövrü ərzindəki fəaliyyəti haqqında qadınlar şurasının sədri B.Quliyeva hesabat məruzəsi ilə çıxış edərək, Ulu Öndərin zəngin ictimai-siyasi fəaliyyətindən və hər iki rəhbərliyi dövründə qadınlara xüsusi önəm verildiyindən, onların məsul vəzifələrə irəli çəkildiyindən, hərtərəfli qayğı ilə əhatə olunduqlarından danışaraq, rayon təşkilatı qadınlar şurasının fəaliyyəti haqqında ətraflı məlumat verib.
B.Quliyeva YAP İmişli rayon təşkilatı qadınlar şurasının sıralarının günbəgün genişləndiyini və rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirərək vurğulayıb ki, 2007-ci ilə qədər partiyaya üzv olan qadınlarımız ümumi sayın 6,5 %-ni təşkil edirdisə, hazırda bu rəqəm 30,63 %-ə çatmışdır: "Rayon təşkilatının qadınlar şurası öz fəaliyyətini YAP-ın nizamnamə və proqramı əsasında qurmuş cəmiyyətimizdə mühüm demokratik qrup olan qadınların fəal siyasətə cəlb olunması istiqamətində ardıcıl və məqsədyönlü iş aparmışdır".
Konfransda çıxış edən iştirakçılarından rayon icra hakimiyətinin müavini Təranə Cabbarova, rayon icra hakimiyyətinin ümumi şöbə müdiri Tahirə Rüsmli, YAP İmişli rayon təşkilatının qadınlar şurasının üzvlərindən Nigar Fərəcova, Telli Zeynalova, Səfurə Muradova, Təranə Qasımova və başqaları çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq, hakimiyyətdə geniş təmsil olunur, işgüzar və peşəkar kadrlar hazırlayaraq onların hakimiyyət orqanlarında və seçkili orqanlarda təmsil olunmasını təmin etmək partiya təşkilatının başlıca vəzifələrindən biridir. Fəal, nüfuzlu, siyasi cəhətcə hazırlıqlı partiya üzvlərinə etimad göstərilməsi partiyanın ictimaiyyət arasındakı nüfuzunu və təbliğat gücünü artırır. Buna görə də fəal partiya üzvlərinin həm dövlət orqanlarında, həm də seçkili orqanlarda yer tutması rayon partiya təşkilatının daima diqqət mərkəzində olmuşdur.
Çıxış edənlər YAP İmişli rayon təşkilatı qadınlar şurasının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab etdilər. Konfransda təşkilatı məsələlərə baxıldı. YAP İmişli rayon təşkilatı qadınlar şurasının 15 nəfərdən ibarət olmaqla idarə heyəti üzvləri, Validə Zülfiqarova, qadınlar şurasının sədri, Nigar Fərəcova və Tahirə Rüstəmli qadınlar şurasının sədr müavinləri seçildilər. Sonda YAP Respublika Qadınlar Şurasının konfransına nümayəndələr irəli sürüldü.
YAP İmişli rayon təşkilatı qadınlar şurasının sədri Validə Zülfiqarova, Tahirə Rüstəmli müavin seçilməklə həm də YAP Respublika Qadınlar Şurasının konfransına nümayəndə seçildilər. Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə müraciət qəbul olundu.
R.HÜSEYNOVA