PDF Oxu

Siyasət

  • 8

XİN Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqlayıb

XİN Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqlayıb

Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi dövründə əsas prioritetləri korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikultiralizm, təhsil, xüsusən insan hüquqları sahəsində təhsil məsələləridir. SİA-nın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.Nazir müavini bildirib ki, Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi dövründə təxminən 20 müxtəlif tədbir keçiriləcək: "Bunlara Parlament Assambleyasının daimi komissiyasının, bürosunun iclasları aiddir. Həmçinin korrupsiya ilə mübarizə üzrə böyük bir konfrans keçiriləcək.Təxminən 20 tədbir yalnız Bakıda keçiriləcək. Eyni zamanda Strasburqda da tədbirlər keçiriləcək. Şübhəsiz ki, Azərbaycan da orada bir sədr kimi iştirak edəcək".M. Məmmədquliyevin sözlərinə görə, artıq Avropa Şurası ilə Azərbaycanın 2014-2016-cı illər üzrə fəaliyyət proqramı təsdiqlənib. Nazir müavininin sözlərinə görə, bu yaxınlarda AŞ baş katibi Azərbaycana səfər edəcək və bu səfər çərçivəsində bu fəaliyyət planı rəsmi olaraq təqdim olunması mərasimi keçiriləcək: "Mən hesab edirəm ki, həm Azərbaycanın təşkilatda sədrliyi, həm də bu fəaliyyət planının həyata keçirilməsi Azərbaycanla AŞ arasında əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək".Nazir müavini həmçinin qeyd edib ki, AŞ Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələri var: "Hesab edirəm ki, bizim Milli Məclisimiz daima bu məsələyə diqqət yetirir və həmin qətnamələrin həyata keçirilməsində hansısa bir konkret addımlar atılması üçün öz səylərini göstərir".Aİ ilə əməkdaşlığa dair sualı cavablandırarkən, M.Məmmədquliyev bildirib ki, son zamanlar bir neçə yüksək səviyyəli tədbirlər keçirilib: "Aİ ilə əməkdaşlıq davam edir. Bəzi məsələlər və bəzi mövzular var ki, onların da ətrafında müzakirələr, danışıqlar aparmaq lazımdır".Assosiasiya sazişi ilə bağlı suala cavabında nazir müavini bildirib: "Biz demişik ki, bizim üçün assosiasiya sazişi məqbul deyil. Biz daha da yüksək səviyyəli bir saziş istəyirik. Bu barədə danışıqlar gedir. Aİ da bu məsələdə hələ ki düşünür".Nazir müavinin sözlərinə görə, hazırda təşkilat üçün əsas müzakirə mövzusu Ukraynadır: "Amma hesab edirik ki, digər məsələlərə də Avropa Şurası da, Avropa İttifaqı da diqqət ayırmalıdır".M. Məmmədquliyev həmçinin bildirib: "Ümumdünya Ticarət Təşkilatı ilə əlaqədar bizim planımız ondan ibarətdir ki, əgər mümkün olsa, iyunun axırı, iyulun əvvəllərində ikitərəfli danışıqlar aparaq. İlin sonuna kimi xeyli iş görmək lazımdır. Ola bilsin, işçi qrupunun da iclası keçirilsin və kənd təsərrüfatı üzrə çox tərəfli danışıqlar keçirilsin".

sia.az

Digər xəbərlər