PDF Oxu

Siyasət

  • 13

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsində ulu öndər Heydər Əliyevin xatirəsi anılmışdır

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsində ulu öndər Heydər Əliyevin xatirəsi anılmışdır

Mayın 6-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Azurites xəbər verir ki, internat və məcburi köçkün məktəblərindən ümumilikdə 400 uşağın iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başlamışdır.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açmışdır.

Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişindən sonra tədbir uşaqlar üçün konsert proqramı ilə davam etmişdir.

AzərTAc

Digər xəbərlər