PDF Oxu

Siyasət

  • 9

Vyanada Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyası işə başlamışdır

Vyanada Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyası işə başlamışdır

Mayın 6-da Vyanada Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyası işə başlamışdır.

Avstriyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Sebastian Kurtsun sədrliyi ilə keçən sessiyada quruma üzv olan 47 dövlətin nümayəndələri iştirak edirlər. Azərbaycanı sessiyada xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiyanın işində Avropa dəyərləri və bu məkanda sabitlik, Avropada insan haqları, demokratiya və hüquqi dövlətçiliyin vəziyyəti, bu qitədəki hazırkı böhranlar, Avropa Şurasının Avropanın qonşu regionları ilə bağlı siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

Sessiyanın sonunda Avstriyanın xarici işlər naziri Sebastian Kurts ölkəsinin ötən altı ayda təşkilata sədrliyi dövründə fəaliyyətinə dair icmal xarakterli çıxış edəcək və quruma sədrlik rəsmi olaraq Azərbaycana təhvil veriləcəkdir.

Nazir Elmar Məmmədyarov sessiyada ölkəmizin sədrlik dövrü üçün nəzərdə tutulan prioritet istiqamətləri haqqında çıxış edəcəkdir.

Sessiya çərçivəsində Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər də keçirəcəkdir.

AzərTAc

Digər xəbərlər