PDF Oxu

Siyasət

  • 11

Politoloq: ”Putin” termini ruslar üçün “çar”, “imperator”, “sezar” terminlərinin sinoniminə çevrilir”

Politoloq: ”Putin” termini ruslar üçün “çar”, “imperator”, “sezar” terminlərinin sinoniminə çevrilir”

Mübariz Əhmədoğlu: "ABŞ Səudiyyə Ərəbistanı vasitəsilə dünya bazarında neftin qiymətini aşağı salmaqla Rusiyaya təsir etmək istəyir"

"Rusiya prezidenti Vladimir Putinin yeni obrazı və Ukraynanı bölüşdürmək plan hazırdır". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.Onun sözlərinə görə, Ukrayna hadisələri Rusiyanın geosiyasi üstünlüyünü artırması ilə davam edir: "Bütün parametrlər üzrə Rusiya ABŞ və Aİ-dən üstündür. ABŞ-ın Rusiyanın qarşısında acizliyinin səbəbləri çoxdur. Həm ABŞ prezidenti Barak Obamanın şəxsi keyfiyyətləri, həm də ABŞ mütəxəssislərinin MDB məkanını bilməmələri ABŞ-ın zəifliyidir. "Putin" termini ruslar üçün "çar", "imperator", "sezar" və.s terminlərin sinoniminə çevrilir. Bundan uğurla istifadə edən RF prezidenti V.Putinin yeni obrazı diqqət çəkir. Hakimiyyətdə olduğu bütün dövrlərdə adı neoimperiyaçılıqla yanaşı çəkilib. B.Yeltsindən sonra rus xalqı belə gənc DTK yetirməsi olan prezidenti millətçi, neoimperiyalist kimi görmək istəyirdi. Ehtimal ki, Putinin davranışına bu sentimentallıq daha çox təsir edib".Politoloq əlavə edib ki, V.Putinin keçmiş həyat yoldaşı barədə dedikləri də onun rus millətçisi obrazına daha uyğun gəlir: "Ehtimal ki, Putinin qızı digər dövlətin, digər millətin və digər dinin təmsilçisi olan Koreya hərbçisinin oğluna ərə getdiyinə görə, o, arvadından boşandı, ailəsini dağıtdı. Əks təqdirdə V.Putin qızının toyundan bir neçə gün öncə həyat yoldaşını "ərə vermək" barədə təhqirli düşüncələrini ictimaiyyətə açıqlamazdı. Putinin nəsil şəcərəsinin açıqlanması da təsadüfi deyil. Mərkəzi Rusiyada anadan olan V. Putin qıraqlardan deyil, təmiz rusdur, kökündə başqa millətlərdən qətiyyən qarışıq yoxdur. Belə rus millətçisi olan V.Putin təkcə keçmiş həyat yoldaşı haqqında deyil, Ukrayna haqqında da paradoksal fikir səsləndirdi. Putinin fikrincə, indiki Ukraynanın qərb ərazilərini bu dövlətin deyil, Çexiya, Avstriya, Macarıstan və Polşanın tarixi əraziləri hesab edir. Beləliklə, Ukrayna ilə bağlı planı aydındır: Qərbi Ukraynanı Vışeqrad qrupu ölkələrinə vermək, Ukraynanın qalan hissəsini isə "Novorossiya" adı ilə Rusiyaya birləşdirmək. V.Putin bu məqsədinə doğru gedir. Qərbdə Putinin bu addımının məqsədini başa düşən və qarşısını ala biləcək strateq yoxdur. 5-10 ildən sonra Qərbdə belə strateqin yetişməsi vəziyyəti dəyişməyəcək; Putin hədsiz aktivdir. Yaxın vaxtda özü üçün lazım olan konstruksiyanı yarada biləcək. Putin bəzən ilk baxışda anti-rusiya kimi başa düşülən addımların da təşəbbüsçüsüdür".

M.Əhmədoğlu vurğulayıb ki, Qərbin Ukraynanı vəziyyətdən çıxarmaq üçün kifayət qədər maliyyə imkanı yoxdur: "Ukrayna iqtisadiyyatı qısa müddət ərzində Avropa iqtisadiyyatına qoşulmağa hazır deyil. Qərb Ukraynaya hərbi yardım edə bilməyəcək. Eləcə də Qərbin siyasi məsləhətləri də indiki vəziyyətdə Ukrayna üçün yetərsizdir. Ukraynada xarizmatik lider yoxdur. Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə özünü də problemlə üzləşdirir. Qaz məsələsində də açar Moskvanın əlindədir"."Rusiya ilə Səudiyyə Ərəbistanı arasında problemlər yarana bilər. Səudiyyə Ərəbistanının Rusiya ilə əlaqələrinin təşəbbüsçüsü və koordinatoru Səudiyyə kəşfiyyatının başçısı Şahzadə Bəndər ben Soltan vəzifəsindən azad edildi. Bunu Səudiyyə Ərəbistanının Rusiyaya münasibətinin dəyişməsi kimi başa düşmək olar. ABŞ Səudiyyə Ərəbistanı vasitəsilə dünya bazarında neftin qiymətini aşağı salmaqla Rusiyaya təsir etmək istəyir. RF prezidenti V.Putin Səudiyyə Ərəbistanının dünya bazarında neftin qiymətini aşağı sala bilmək gücünə inanır. Lakin Putin Səudiyyə Ərəbistanının bu addıma getməyəcəyini düşünür. Çünki neftin barelinin qiyməti 85 dollardan aşağı düşərsə bu zaman Səudiyyə Ərəbistanının iqtisadiyyatında da problemlər yarana bilər. Həm Səudiyyə Ərəbistanında, həm də RF-də büdcədə neftin qiyməti 1 barel üçün 90 dollar nəzərdə tutulmuşdur. Putinin bu optimistliyi özünü doğrulda bilməz. Səudiyyə Ərəbistanı ilə RF-in iqtisadi və sair parametrləri tamam fərqlidir. Digər tərəfdən Qərb dövlətləri Səudiyyə Ərəbistanının düşdüyü ziyanı bu və ya digər formada neytrallaşdıra bilərlər. Təki Səudiyyə Ərəbistanı Rusiyanı çökdürsün. Səudiyyə rəhbərliyinin Rusiya ilə əlaqələrinin kuratorunu işdən çıxarması və gözlənilmədən Ərəb dövlətləri arasındakı fikir ayrılıqlarının təcili şəkildə aradan qaldırılması Səudiyyə Ərəbistanının ciddi addım atmağa hazırlaşdığını göstərir. Bu addımın ünvanı çox böyük ehtimalla Rusiya olacaqdır. Ehtimal ki, ötən ay ABŞ prezidenti B.Obama Səudiyyə Ərəbistanına səfər edərkən bütün bu məsələləri razılaşdırıb. Bəhreynlə münasibət yaratmaqla RF prezidenti V.Putin ərəb dövlətlərinin anti-iran mahiyyətinə daxil olsa da, bu indi çox gec ola bilər. Səudiyyə Ərəbistanı isə V.Putini İran və Səudiyyə Ərəbistanı arasında seçim etməyə məcbur edir", deyə Politoloq qeyd edib.

sia.az

Digər xəbərlər