PDF Oxu

Siyasət

  • 7

Mübariz Əhmədoğlu: " "Erməni soyqırımı"nın dünyada tanınması yalnız Rusiyanın hesabınadır"

Mübariz Əhmədoğlu: " "Erməni soyqırımı"nın dünyada tanınması yalnız Rusiyanın hesabınadır"

"Ermənilərin ümummilli məsələlərində Rusiyaya münasibəti diqqəti çəkir". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloq hesab edir ki, "Erməni soyqırımı"nın bütün dünyada tanınması yalnız Rusiyanın hesabınadır: ""Soyqırımı"nın 50 illiyi ərəfəsində, dünya siyasətində heç bir rolu olmayan Uruqvay "erməni soyqırımı"nı rəsmən tanıdı. 1965-ci ildən 1995-ci ilədək heç bir dövlət "erməni soyqırımı"nı tanımadı. 1995-ci ildə Rusiya Dövlət Duması "erməni soyqırımı"nı tanıdı. Bununla da digər iri dövlətlərdə "erməni soyqırımı"nı tanınması prosesi başladı. Fransa 2001-ci ildə "erməni soyqırımı"nı tanıyıb. Bu, Rusiyanın roluna dair ən bariz misal olsa da, naşükür ermənilər Rusiyanın bu rolunu görmək istəmirlər. Ermənilər Kəsab hadisələrini "soyqırım" adlandırıb, mövzunu dünya miqyasında aktivləşdirmək niyyətini Rəsmi Moskva dərhal dəstəklədi. Hətta Kəsab hadisələrində rəsmi Moskva özünü ermənidən daha çox erməni kimi göstərdi. Az sonra prezident S.Sərkisyan Suriya, o cümlədən Kəsab hadisələrində ermənilərin neytrallığını bəyan etdi".Onun sözlərinə görə, məqsəd Rusiyanın "erməni soyqırımı"nı tanımasını təqdir etmək deyil, Ermənistanın Rusiyaya münasibətini göstərməkdir: "Uzun müddət bizim ictimaiyyətimiz üçün Ermənistan-Rusiya münasibətlərinin mahiyyətinin açıqlanması aktual olmalıdır. Belə ki, ermənilər və eləcə də Qərbdə bəzi qüvvələr Dağlıq Qarabağın Azərbaycana qayıtmasını yubatmaq üçün Rusiya xofundan istifadə edirlər. Qərb artıq bu mövzuda Azərbaycanda öz şəbəkəsini yaradıb. Rusiyanın Azərbaycanla münasibətlərində problem var və bu problemin mənbəyi Rusiyadır. O da nəzərə alınmalıdır ki, Rusiya-Ermənistan münasibətlərində problem Rusiya-Azərbaycan münasibətlərindən qat-qat çoxdur və Rusiya-Ermənistan münasibətlərində problemin mənbəyi ermənilərdir".

sia.az

Digər xəbərlər