PDF Oxu

Siyasət

  • 11

YAP Nərimanov rayon təşkilatında talassemiyalı uşaqlara yardım naminə "Yaşayaq və Yaşadaq" adlı qanvermə aksiyası keçirilib

YAP Nərimanov rayon təşkilatında talassemiyalı uşaqlara yardım naminə "Yaşayaq və Yaşadaq" adlı qanvermə aksiyası keçirilib

Dünən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nərimanov rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə talassemiyalı uşaqlara yardım naminə "Yaşayaq və Yaşadaq" adlı qanvermə aksiyası keçirilib. Aksiya YAP Nərimanov rayon təşkilatının qərargahında təşkil edilib.Qanvermə aksiyasında Nərimanov rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, rayon ictimaiyyətinin nümayəndələri və YAP fəalları iştirak ediblər. Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya Transfuziologiya İntitutunun Mərkəzi Qan Bankının həkim briqadası aksiya iştirakçılarını müayinə edərək qan alınmasını təmin ediblər. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev belə bir aksiyanın keçirilməsinin artıq ənənə halı aldığını bildirib. Onun sözlərinə görə, rayon təşkilatı hər il qanvermə aksiyası keçirir: "İndiki aksiyada 600 nəfərdən çox insan iştirak edir. Onlar könüllü olaraq bizim çağırışımıza səs verblər. Bu, onu göstərir ki, talassemiyalı uşaqlara kömək etmək çox humansit və xeyirxah addımdır. Bilirsiniz ki, respublikanın Talassemiya Mərkəzi Nərimanov rayonunda yerləşir. Burada toplanan qan həmin mərkəzə veriləcək ki, bu xəstəlikdən əziyyət çəkən uşaqlara dəstək olsun. Bu tədbirlər davamlı olacaq. Fikrimcə, bu aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən, uşaqlara böyük yardım edəcək". Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nərimanov rayonunda silsilə tədbirlər keçirildiyini deyən T.Tağıyevin sözlərinə görə, bu aksiya həmin tədbirlərin tərkib hissəsidir.YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova da deyib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara qan yardımı etməkdən ibarətdir: "Bu cür aksiyaların keçirilməsi qana ehtiyacı olanlara böyük köməkdir". Ölkəmizdə qan xəstəliklərindən əziyyət çəkənlər üçün mühüm tədbirlərin həyata keçirildiyini deyən M.İbrahimova bu istiqamətdə YAP-ın keçirdiyi aksiyaların əhəmiyyətli olduğunu vurğulayıb: "Bu, çox xeyirxah missiyadır. Belə missiyalar gələcəkdə də davam edəcək". O, aksiyada rayonun qadınlarının da fəal şəkildə iştirak etdiyini diqqətə çatdırıb.YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin sədri Yusif Babanlı isə bu aksiyada gənclərin fəallığını xüsusi vurğulayıb: "Mən öncə humanitar aksiyanın təşkilatçılarına təşəkkür edirəm ki, belə bir xeyirxah tədbir təşkil ediblər. Ümumiyyətlə, bu cür tədbirlər partiyamız, eləcə də rayonumuz tərəfindən mütəmadi olaraq həyata keçirilir və gördüyünüz kimi bu xeyirxah aksiyaya qoşulan gənclərimizin sayı da ötən dəfəkindən daha da çoxdur. İştirakçıların təxminən yarısı gənclərdən ibarətdir. Bu da qürurverici haldır ki, gənclərimiz könüllü olaraq bu aksiyalarda iştirak edərək irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara öz köməkliklərini göstərmiş olurlar. Düşünürəm ki, irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə qanımızı verərək onlara kömək olmaq bizim üçün həm insanlıq , həm də bir vətəndaşlıq borcudur".

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər