PDF Oxu

Siyasət

  • 5

YAP nümayəndələri Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

YAP nümayəndələri Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildöünümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, ziyarətçilər arasında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin vitse-spikerləri Ziyafət Əsgərov, Bahar Muradova və digər rəsmi şəxslər olub. Mərhum prezidentin məzarı üstünə əklil və gül çiçəklər düzülüb. Sonra qonaqlar oftomoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.Daha sonra "JW Marriott Absheron" otelində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir öz işinə başlayıb.

sia.az

Digər xəbərlər