PDF Oxu

Siyasət

  • 9

"Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda tədbir keçirilir

"Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda tədbir keçirilir

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağı "Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin vitse-spikerləri Ziyafət Əsgərov, Bahar Muradova və digər rəsmi şəxslər iştirak edib. Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini Əli Əhmədov bildirib ki, Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları və bütövlükdə xalqımız unutmayıb və hər il keçirilən Azərbaycan xalqının böyük hörmətini və məhəbbətini ifadə edən bu tədbirlər Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz, böyük, möhtəşəm xidmətlərinə verilən qiymətdir. Digər tərəfdən hesab edirəm ki, Azərbaycan vətəndaşları onu da aydın şəkildə dərk edirlər və qiymətləndirirlər ki, Ümumilli Liderin layiqli davamçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi bu gün Azərbaycanda Heydər Əliyev siyasəti davam etməkdədir, Azərbaycanın inkişafı, yüksəlişi, həyatımızın müsbət şəkildə dəyişməsi əhəmiyyətli dərəcədə Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin reallaşması ilə əlaqədardır".YAP-ın Sədr müavini deyib ki, Heydər Əliyevin ideyaları, siyasəti bu gün də Azərbaycana, Azərbaycan xaqlına xidmət edir, xalqımız və dövlətimiz bu siyasətin həyata keçirilməsinin faydalarını görür: "Məhz bu mənada Azərbaycan vətəndaşları Heydər Əliyevin doğum gününü həmişə yüksək təmtəraqla qeyd edirlər. Heydər Əliyev Azərbaycan müstəqilliyini qazandıqdan sonra Yeni Azərbaycan yaratmağa başladı. Hər birimiz üçün yeni cəmiyyət modeli gözəl aydındır. Bu yeni cəmiyyətdə Heydər Əliyev prinsipi mövcuddur. Azad cəmiyyət, vətəndaşlıq cəmiyyəti, tolerantlıq bu prinsiplərə aid edilə bilər. Heydər Əliyev yeni Azərbaycanı yaradanda sosial ədalət onun üçün hər şeydən əvvəl gəlirdi. Müasir Azərbaycan cəmiyyəti ümümbəşəri dəyərlərə söykənir. Vətəndaş üçün hər bir yaxşı şəraitin yaradılması hökumət üçün vacib məsələlərdən biridir".Daha sonra AMEA-nın prezidenti, YAP Sədrinin müavini, akademik Akif Əlizadə çıxış edərək deyib ki, bu gün müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs üzrə sürətlə inkişaf edir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən bir ölkədir. Sosial-iqtisadi tərəqqi ölkəmizdə elm və təhsilin, mədəniyyətin inkişafına da ciddi təsir göstərir. Bu istiqamət ölkə başçımız cənab İlham Əliyevin də intellektual inkişaf modelinə əsaslanan siyasətinin əsas prioritetlərindən biridir. Belə bir siyasətin nəticəsidir ki, ölkədə yüksək keyfiyyətli intellektual insan resurslarının formalaşdırılması Azərbaycanın mühüm milli maraqlarından birinə çevrilib".Tədbir hazırda davam edir.

sia.az

Digər xəbərlər