Dövlət Sərhəd Xidmətinin aparatında Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfrans zamanı öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində Azərbaycançılıq ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlə¬ti¬nin formalaşdırılması və xalqımızın müstəqillik arzusuna çatması istiqamətində Dahi Öndər Heydər Əliyevin tarixi xidmətləri geniş işıqlandırılıb, milli dövlətçiliyin məhvinə yönələn bütün qəsdlərin qarşısının qətiyyətlə alınması üçün taleyüklü qərarlarının əhəmiyyəti xüsusi qeyd olunub.
Konfrans çərçivəsində millət vəkili Aydın Mirzəzadənin "Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvoludur", Musa Qasımlının "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", DSX rəisinin şəxsi heyət üzrə müavini general-mayor Azad Ələkbərovun "Heydər Əliyev milli sərhəd mühafizəsi strategiyasının banisidir" mövzularında məruzələri dinlənilib.
Çıxışlarda Dahi Öndər Heydər Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin formalaşdırılması və inkişafındakı müstəsna xidmətləri, Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan dövlətinin öz sərhədlərini müstəqil mühafizə etmək qətiyyətini və imkanlarını nümayiş etdirməsini, Dövlət Sərhəd Xidmətinin illik hesabatlarını şəxsən qəbul edərək sərhədçilərlə keçirdiyi görüşlərdə milli sərhəd siyasətimizi for¬ma¬laşdırması,dövlət sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etməsi xüsusi qeyd olunub.
Konfrans iştirakçıları tərəfindən son illər ərzində Azərbaycan Respublikasının dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsinin respublikamızın geostrateji, iqtisadi və mədəni potensialının gerçəkləşdirilməsi istiqamətində Azər¬bay¬can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi siyasətin real nəticəsi olması xüsusi vurğulanıb.
Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına əsasən Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində Dahi Öndərin uca xatirəsinə həsr olunan konfranslar, tematik axşamlar, disputlar keçirilib, onun həyat və fəaliyyəti barədə filmlər şəxsi heyətə nümayiş etdirilib, sərhədçilərin Heydər Əliyev mərkəzlərinə ekskursiyaları təşkil olunub.
sia.az