PDF Oxu

Siyasət

  • 12

Siyavuş Novruzov: “Leyla Yunus əzabkeş İsa obrazında yenidən fəaliyyətə başlayacaq”

Siyavuş Novruzov: “Leyla Yunus əzabkeş İsa obrazında yenidən fəaliyyətə başlayacaq”

"Leyla Yunus düşünürdü ki, dünyada əzabkeş İsa obrazında yenidən fəaliyyətə başlayacaq". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Leyla Yunusun hər məsələni şouya çevirməsinə münasibət bildirərkən deyib.YAP rəsmisi deyib Leyla Yunus istəyir ki, həbs olunsun və qısa müddət ərzində beynəlxalq təşkilatlara bəyanat verərək həbsdən çıxsın: "Təbii ki, Leyla Yunusun hərəkətlərinə baxan hər bir insan gördü ki, bu insan özündən şou düzəldib. Bu insan hamıya sataşaraq onu təhqir edirdi. İlk növbədə hüquq müdafiəçisi hüququ bilməlidir ki, qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Bu mənada hər hansı bir şəxsin vəzifə borcunu yerinə yetirdiyi təqdirdə dövlət nümayəndəsini təhqir edərək, ona əl-qol hərəkətləri etmək və s. cinayət hadisəsi sayılır. Leyla Yunusun özü bunu bilərəkdən edirdi. Bu insanın əsas marağı odur ki, dünyadan, xüsusilə də erməni təşkilatlarından qrant alsın. Bununla da o, ermənilərə sübut etsin ki, onların verdikləri tapşırıqları canla-başla və var qüvvəsi ilə həyata keçirir".

sia.az

Digər xəbərlər