PDF Oxu

Siyasət

  • 7

Özbəkistanın “Darakçi” qəzetində və sharh.uz agentliyinin saytında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş məqalələr dərc edilmişdir

Özbəkistanın “Darakçi” qəzetində və sharh.uz agentliyinin saytında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş məqalələr dərc edilmişdir

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın nüfuzlu "Darakçi" qəzetində (http://darakchi.uz/article/1359) və sharh.uz agentliyinin saytında (http://sharh.uz/jamiyat/item/1225-naxichevan) Azərbaycanın Naxçıvan Muxtar Respublikası haqqında geniş məqalələr dərc olunmuşdur. Materiallar Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmişdir.

Məqalələrdə Azərbaycanın qədim Naxçıvan diyarı, onun tarixi, mədəniyyəti, abidələri, turizm potensialı haqqında ətraflı məlumat verilmiş, fotoşəkillər yer almışdır.

AzərTAc

Digər xəbərlər