PDF Oxu

Siyasət

  • 9

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilir

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilir

YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir rayon icra hakimiyyətinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı keçirilən tədbirdə iştrakçılar ilk olaraq şəhər ictimaiyyəti ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, öz ehtiramlarını bildiriblər. Daha sonra "Heydər Əliyev Mərkəzi"ndə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmə baxışdan sonra elmi nəzəri konfrans öz işinə başlayıb.

Təbdiri giriş sözü ilə açan Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına, dövlətinə əvəzedilməz xidmətlərindən danışaraq qeyd edib ki, Ulu Öndərin siyasəti bu gün də Prezidentimiz Cənab İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirilir: "Məhz bunun nəticəsidir ki, ölkəmiz dinamik inkişaf edir və bu gün Azərbaycan regionda ən güclü bir dövlətə çevrilibdir".

Tədbirin gündəliyinə əsasən Mingəçevir Politexnik İnstitunun kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova "Ulu Öndər Heydər Əliyevin həyat yolu vətənə və xalqa sədaqətlik nümunəsidir", Mingəçevir Turizm Kollecinin tarix müəllimi Ceyhun Abdullayev "Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətimizin memarı və qurucusudur", Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir Filialının kafedra müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Namaz Manafov "Ulu Öndər Heydər Əliyevin nəzəri irsi milli sərvətimizdir", YAP Mingəçevir şəhər təşkilatının qadınlar şurasının sədri Nurcamal Əsgərova "Müstəqil Azərbaycanın müasir uğurları əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan strategiyanın nəticəsidir" mövzusunda çıxış edib.

S.Feyruzov

Digər xəbərlər