PDF Oxu

Siyasət

  • 14

YAP İmişli rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə yekun tədbir keçirdi

YAP İmişli rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə yekun tədbir keçirdi

YAP İmişli rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə yekun tədbir keçirdi.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək qeyd etdi ki, rayon təşkilatında Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə mayın 3-dən 7 maya qədər silsilə tədbirlər keçirilibdir: "Tədbirlərin möhtəşəm keçirilməsi üçün YAP İmişli rayon təşkilatında təşkilat komitəsidə yaradılmışdır. Mayın 10-u Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi, müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevin anadan olduğu gündür. Ulu Öndərin adı ilə bağlı nə qədər silsilə tədbirlər keçirilsə də, kitablar, əsərlər yazılsa da yenə də azdır, çünki Heydər Əliyevin xidmətləri o qədər böyükdür ki, Onu bir tarixə sığışdırmaq mümkün deyil. Azərbaycan tarixində və xalqın taleyində mənəvi, siyasi və ictimai həyatında müstəsna rol oynayan Ümummilli Liderimiz, əvəzolunmaz şəxsiyyət olaraq tariximizə qurucu və xilaskar kimi daxil olmuşdur. Müasir tariximizdə əldə etdiyimiz bütün nailiyyətlər, qazandığımız bütün uğurlar görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə də respublikamızın bütün regionlarında olduğu kimi, İmişli rayonunda da Onun xatirəsi əziz tutulur, rəngarəng tədbirlər həyata keçirilir".

S.Ağayev onu da vurğulayıb ki, belə silsilə tədbilər ərazi ilk partiya təşkilatlarında da keçirilir və tədbirlər zamanı partiya sıralarına qəbul olunanlara üzvülük vəsiqələri təqdim edilir. Rayon təşkilatının sədri müxtəlif sahələri üzrə keçirilən müsabiqə qaliblərinə YAP İmişli rayon təşkilatı adından fəxri fərmanlar və qiymətli hədiyyələr verildiyini söylədi. YAP İmişli rayon təşkilatı gənclər birliyinin sədri Rüstəm Vəliyev, rayon şura üzvlərindən Əbülfət Məmmədov, Həsən Hüseynov və başqaları çıxış edərək, qeyd etdilər ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə sabitlik, əmin-amanlıq yarandı, atəşkəs əldə olundu. Çıxış edənlər bildirdilər ki, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirdi.

YAP İmişli rayon təşkilatı qadınlar şurasının sədri Validə Zülfiqarova isə vurğuladı ki, qazanılmış hər bir nailiyyətlər ölkəmizin və rayonumuzun şanlı tarixidir və bu tarixin uğurlu səhifələrinin hər birində Dahi Öndərimiz Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasının öz layiqli yeri var: "Rayon qadınlar şurası ərazi ilk partiya təşkilatlarının əhatə etdiyi ərazilərdə dövlətimizin və partiyamızın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi, partiyamızın siyasətinin təbliğ edilməsi, partiya üzvü olan qadınların siyasi fəallığının artırılması, insanların partiya ideyaları ətrafında birləşdirilməsi, siyasi kütləvi tədbirlərin həyata keçirilməsi istiqamətində geniş siyasi fəaliyyət göstərir".

Ümumilikdə, çıxışlarda Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə YAP İmişli rayon təşkilatında keçirilən tədbirlər qənaətbəxş hesab edildi.

ÜLVİ

Digər xəbərlər