PDF Oxu

Siyasət

  • 12

Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbirlər davam edir

Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbirlər davam edir

Şəmkir rayon icra hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və rayon gənclər və idman idarəsinin birgə dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş növbəti tədbir oğlanlar və qızlar arasında, sərbəst güləş və şahmat üzrə final görüşlərinin yekunu ilə bağlı oldu.

Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev yarış iştirakçılarını salamlayaraq idmançılara uğurlar arzuladı: "Ümummilli Liderimiz Azərbaycanın rəhbəri olduğu bütün dövrlərdə idmanın inkişafına daha böyük qayğı ilə yanaşmış, bu istiqamətdə ardıcıl tədbirlər görmüşdür. Ümummilli Lider idmanın inkişafının zəruri olduğunu bildirərək deyirdi: "Əhalinin fiziki sağlamlığının qorunub saxlanılmasında və möhkəmləndirilməsində, gənc nəslin daha sağlam və güclü olmasında idmanın müstəsna rolu vardır". Ulu Öndərin müəyyənləşdirdiyi dövlət idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə idman özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, Azərbaycan dünyanın nüfuzlu idman mərkəzinə çevrilmişdir. Bu gün ölkəmizdə sağlam gənclik və perspektivli idmançılar nəsli yetişir. İdmançılarımız Olimpiya oyunlarında, beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında böyük uğurlar qazanır, Azərbaycanın idman nüfuzunu daha da yüksəldirlər".

Çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Pərvin Gözəlov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışdı. O, həmçinin, Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğı, apardığı uğurlu daxili və xarici siyasət barədə ətraflı məlumat verdi.

Rayon şahmat məktəbinin direktoru Tahir Novruzov, rayon təhsil şöbəsinin metodisti Südabə Vəliyeva və başqaları respublikamızda idmanın inkişafına dövlət səviyyəsində himayə olunduğunu, beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinin respublikamızda artıq ənənə halını aldığını qeyd etdilər. Bildirdilər ki, məhz idmana dövlət qayğısının nəticəsidir ki, Azərbaycan idman ölkəsi kimi dünyada tanınır. Sonda qalib idmançılara YAP Şəmkir rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələri verildi.

R.HÜSEYNOVA

Digər xəbərlər