PDF Oxu

Siyasət

  • 19

KXCP-dən Milli Şuraya ŞƏRT

KXCP-dən Milli Şuraya ŞƏRT

Xəzər Teyyublu: "Etirazımız qəbul olunmasa Milli Şuranın fəaliyyətində iştirak etməyəcəyik"

"Mirmahmud bəy fərdi olaraq istefa verdiyini deməyib". SİA-nın məlumatına görə, bu fikirləri Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu mayın 3-də sədr Mirmahmud Mirəlioğlunun Milli Şuranın sədri Cəmil Həsənli ilə AXCP sədri Əli Kərimliyə etdiyi etirazına münasibət bildirərkən deyib.

Teyyublu hələlik Milli Şurada qaldıqlarını lakin şərtlərinin qəbul olunmayacağı təqdirdə, həmin qurumu tərk edəcəklərini istisna etməyib: "Milli Şuraya bu şəkildə yeni üzvlərin qəbuluna qarşıyıq və etirazımız qəbul olunmasa, Milli Şuranın fəaliyyətində iştirak etməyəcəyik".

Xatırladaq ki, Milli Şuranın sədri Cəmil Həsənli quruma yeni üzvlərin qəbul olunmasında israrlıdır və növbəti sessiyada həmin addımın atılacağını bəyan edib.

sia.az

Digər xəbərlər