Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair açıqladığı 6 prinsipə münasibət bildirib. SİA-nın məlumatına görə, nazir bildirib ki, bu 6 prinsip əvvəllər də səslənib.Onun sözlərinə görə, Azərbaycan tərəfi sülh sazişinin işlənib hazırlanmasına tərəfdardır: "Mövcud status-kvo qəbuledilməzdir. Status-kvo ermənilər üçün də qəbuledilməzdir, ölkədə inkişaf getmir, demoqrafik problemlər var. Biz erməni tərəfinə çağırış edirik ki, bu məsələni həll edək".
sia.az