PDF Oxu

Siyasət

  • 12

"Müasir elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib

"Müasir elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib

Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub

Lənkəran Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Müasir elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib. AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin və LDU-nun birgə təşkilatçılığı ilə keçirilən konfransda respublikanın və Lənkəran rayonunun elm və təhsil işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Konfransda çıxış edən LDU-nun rektoru, professor Asəf İsgəndərov Ümummilli Lider Heydər Əliyevin təhsilə olan diqqət və qayğısından danışıb. O, Heydər Əliyevin təhsil strategiyasından, elmin və təhsilin keyfiyyətcə yeni səviyyəyə yüksəltmək istiqamətində aparılan işlərdən ətraflı söhbət açıb.

A.İsgəndərov müasir dövrümüzdə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə ayırdığı diqqəti vurğulayaraq, bütün təhsil ocaqlarında olduğu kimi LDU-da təhsilin keyfiyyətinə nəzarətin gücləndirildiyini bildirib. İmtahanların düzgün təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi diqqət mərkəzindədir. Son vaxtlar LDU-da işlər zamanın tələblərinə uyğun qurulmuşdur və müxtəlif sahələr üzrə mütəxəssislər hazırlanır. Natiq diqqətə çatdırıb ki, LDU dövlət müstəqilliyinin yaşıdıdır və həmişə Ümummilli Lider Heydər Əliyevin təhsil işçiləri qarşısında qoyduğu vəzifələri dönmədən həyata keçirməyə çalışır. Vaxtilə Ulu Öndərin dediyi kimi, Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla yanaşı, həm də bölgənin mədəniyyət mərkəzinə çevrilmişdir.

Konfrans işini "Azərbaycanın müasir inkişafı Heydər Əliyevin daxili və xarici siyasətinin uğurlu və yaradıcı davamıdır" mövzusunda sessiya ilə davam etdirib. LDU-nun dil və ədəbiyyat kafedrasının müdiri Yədulla Ağazadə, iqtisadi təhsil və idarəetmə kafedrasının müəllimi Füzuli Zamanov və başqaları Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafındakı rolundan danışıblar.

Tədbirin sonunda LDU-nun tələbə yaradıcılığı qrupunun üzvləri maraqlı proqramla çıxış ediblər.

NƏZAKƏT

Digər xəbərlər