Respublikamızın bütün şəhər və rayonlarında, eləcə də dünyanın hər yerində Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər Heydər Əliyevin 91 illiyini təntənəli surətdə qeyd edilməkdədir. Bununla bağlı YAP rayon təşkilatının sədrləri "Səs" qəzetinə verdikləri açıqlamalarında bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də, gələcək də də yaşayacaq, yaşadılacaqdır.
Nazim Ağayev: "Gənclərimiz rayonumuzun hər bir sahəsində fəal mövqe tutmaqla, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik ideyalarına səylə yiyələnirlər"
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bununla bağlı qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi hər yerdə olduğu kimi Xaçmazda da böyük təntənə ilə keçirilir. Rayon təşkilatının sədri onu da vurğulayıb ki, Azərbaycan xalqının dahi oğlu, nəhəng siyasi xadim Heydər Əliyev müəyyənləşdirdiyi uğurlu siyasəti ilə bugünkü müasir, inkişaf edən Azərbaycanın banisidir. N.Ağayev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı keçirilən tədbirlər barədə danışarkən onu da qeyd etdi ki, YAP Xaçmaz rayon təşkilatı, Xaçmaz rayon icra hakimiyyəti və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə hər ilə Ulu Öndərin anadan olması ilə bağlı gənclər arasında müxtəlif tədbirlər - yazı müsabiqəsi, mini-futbol yarışları keçirir: "Elə bunun bariz nümunəsidir ki, bu kimi əhəmiyyətli tədbirlər gənclərimiz arasında yüksək coşqunluq hiss olunur. Gənclərimiz rayonumuzun hər bir sahəsində fəal mövqe tutmaqla, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik ideyalarına səylə yiyələnir, təhsil və bilik sahəsində müvəffəqiyyətlər qazanmaqla, intellektual səviyyələrini yüksəltməklə ölkə başçısı Cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını layiqincə doğrultmağa çalışırlar. Keçirilən futbol turnirləri bir daha onu göstərir ki, gənclər Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirməklə, idmana çox böyük maraq göstərir və onlar zəngin potensial qüvvəyə yiyələnirlər".
"Bu gün Azərbaycanın layiqli gəncliyinin yetişdiyini" deyən N.Ağayev vurğulayıb ki, məhz Azərbaycan gəncliyi Prezident Cənab İlham Əliyevin apardığı siyasətin həyata keçirilməsində yaxından iştirak edir: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurla davam etdirilməsi nəticəsində gənclərimiz hazırda Azərbaycanın ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edir".
Kamil Mirzəyev: "Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanımızın inkişaf sükanı Heydər Əliyev siyasətinin davamçısı, uzaqgörən Prezidentimiz İlham Əliyevin əlindədir"
YAP Biləsuvar rayon təşkilatının sədru Kamil Mirzəyev tariximizin yetişdirdiyi ən böyük şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı danışaraq vurğulayıb ki, Azərbaycanın son 40 illik inkişafı birbaşa onun adı və ideyaları ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də Heydər Əliyevin xidmətlərinin nəticəsidir. K.Mirzəyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü Biləsuvarda da möhtəşəmliklə keçirildiyini vurğulayıb. Qeyd olunub ki, müxtəlif və bir-birindən maraqlı tədbirlər rayon sakinləri tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Rayon təşkilatının sədri qeyd edib ki, ölkəmizin tərəqqisi, müasirləşməsi, Azərbaycanın bütün regonlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması, Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin xalq tərəfindən dəstəklənməsinin bariz ifadəsidir: "Xalqımız 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdiyi ilk günlərdə ölkəmiz böyük tarixi sınaqlarla üzləşdi. Belə şəraitdə 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev çox ağır, lakin şərəfli bir vəzifəni öhdəsinə götürərək xalqımızı, dövlətimizi məhv olmaq təhlükəsindən xilas edib. Bundan sonra ölkəmiz inkişaf yolunda addımlamağa başladı. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanımızın inkişaf sükanı Heydər Əliyev siyasətinin davamçısı, uzaqgörən Prezidentimiz İlham Əliyevin əlindədir".
Aydın Hüseynov: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib"
YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin 91 illiyi ilə bağlı davamlı tədbirlər planı Qaradağ rayonunda da yüksək səviyyədə keçirilir. Tədbirlər planına əsasən gənclər və yeniyetmələr arasında rəsm, inşa müsabiqələri keçirilmiş, müxtəlif idman yrışlarına start verilmişdir. Aydın Hüseynov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı qeyd edib ki, Azərbaycan xalqını düşmüş olduğu bütün bəlalardan xilas edən Ulu Öndər dövlət və dövlətçiliyimizin əbədi olması üçün zəruri olan bütün addımları atıb: "Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin 91 illiyi ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək ardıcıl olaraq tədbirlər təşkil olunur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib. Dahi şəxsiyyət Heydər Əliyev hələ Sovet İttifaqının tərkibində respublikamızda rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə belə Azərbaycanın və azərbaycanlıların gələcəyini düşünmüş və bu günümüz üçün böyük işlərin, layihələrin əsasını qoymuşdur".
Ölkəmizin ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra düşmüş olduğu çətin dönəmlərdən də məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və yüksək bacarığı sayəsində xilas olduğunu söyləyən A.Hüseynov dövlətimizin sağlam, sarsılmaz təməllər üzərində bərqərar olmasının əsasının da o dövrlərdə qoyulduğunu vurğuladı: "Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin praqmatik siyasəti ölkəmizin daha da yüksək inkişaf xətti tutmasına şərait yaradıb. Bu siyasəti isə Azərbaycan xalqı dəstəkləyir və bundan sonrakı illərdə də dəstəkləyəcək".
Təmraz Tağıyev: "Heydər Əliyev müstəqil dövlətimizi qurmaqla həm də milli-mənəvi dəyərlərimizi xalqımıza qaytarıb"
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş geniş surətdə tədbirlərin həyata keçirildiyini bildirib. Tədbirlər planı çərçivəsində müxtəlif müsabiqələr və idman yarışlarının keçirildiyini, qaliblərin diplom və mükafatlara layiq görüldüyünü deyən YAP Nərimanov rayon təşkilatının sədri, Ulu Öndər Heydər Əliyevin doğum gününün milli bayram səviyyəsində qeyd olunduğunu vurğulayıb. O, qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafı üçün çalışıb: "Ümummilli Liderimiz Heydər Əliyev öz uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmizin daxili və xarici uğurlarının təminatına imkan yaradıb. Ulu Öndər Heydər Əliyev dünyanın tarixi şəxsiyyətləri arasında ən yüksək zirvədə dayanır. Tarixdə Heydər Əliyev kimi şəxsiyyət az-az yetişir. Müstəqil Azərbaycan dövləti Ulu Öndərimizin şah əsəridir. Heydər Əliyev müstəqil dövlətimizi qurmaqla həm də milli-mənəvi dəyərlərimizi xalqımıza qaytarıb. Ümumiyyətlə, Ümummilli Liderimiz Heydər Əliyevin irsi böyük xəzinədir, bugünkü və gələcək nəsillər bu zəngin irsi dərindən öyrənməlidirlər".
Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən T.Tağıyev söyləyib ki, Azərbaycan xalqı bundan sonra da bu müdrik siyasəti dəstəkləyəcək: "Bu günlərdə anadan olmasının 91 illiyini təntənə ilə qeyd edən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin hər bir addımını dəstəkləyəcək, Onun ətrafında daha da sıx birləşəcəkdir".
Seyfəddin Əliyev: "Ulu Öndər Heydər Əliyevin bütün həyatı Azərbaycana, Azərbaycan xalqına həsr olunub"
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirdi ki, milli liderlər dünyalarını dəyişəndən sonra da onların şəxsiyyətinin sönməz nuru mənsub olduqları xalqın həyatına və tale yoluna işıq salır. S.Əliyev etdi ki, Ulu Öndər Heydər Əliyevin bütün həyatı Azərbaycana, Azərbaycan xalqına həsr olunub. O, XX əsrin ən dahi insanlarından biridir. O, vurğuladı ki, bütün həyatı boyu Heydər Əliyev yalnız və yalnız Azərbaycan insanının yaxşı yaşaması üçün çalışıb: "Heydər Əliyev yolu xalqımız üçün ən işıqlı yoldur. Hələ sovetlər dönəmində Heydər Əliyev bugünkü müstəqilliyimizin əsaslarını qoyub. Ermənilər o dönəmdə Azərbaycan torpaqları ilə bağlı arzularını həyata keçirə bilmədilər. Heydər Əliyev nə qədər ki, Azərbaycana rəhbərlik edib, Azərbaycan inkişaf edib. Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünyamiqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdı. Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycan çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoydu. Ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət aldı. Kənd təsərrüfatı istehsalı dəfələrlə artırıldı, minlərcə yeni sənaye müəssisəsi inşa edildi. Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi".
R.HÜSEYNOVA