PDF Oxu

Siyasət

  • 8

"Ulu Öndər müstəqil Azərbaycanın qurucusudur"

"Ulu Öndər müstəqil Azərbaycanın qurucusudur"

YAP Yevlax rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin 91-ci ildönümü ilə bağlı növbəti tədbirini keçirib

Dünən YAP Yevlax rayon təşkilatı Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 91-ci ildönümü münasibətilə növbəti tədbirini keçirib. Belə ki, mühazirəçilər "Ulu Öndər müstəqil Azərbaycanın qurucusudur" mövzusunda "Heydər Əliyev irsi öyrənilir" adlı ideyanın məktəblilər arasında təbliğatını uğurla başa çatdırdılar.

Rayon 5 nömrəli tam orta məktəbin direktoru Zərxanım Əhmədova tədbirlə bağlı geniş məlumat verərək bildirdi ki, Ulu Öndərlə bağlı məqalə və çıxışlarda, məruzə və nitqlərdə milli dövlətçiliyimizin strateji proqramı daha geniş təbliğ olunur. YAP Yevlax rayon təşkilatının üzvü Etibar Məmmədov Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyətinin göstəricisi olan irsinə həsr edilən geniş məruzə ilə çıxış edib. YAP Yevlax rayon təşkilatı gənclər birliyinin sədri Ariz Mikayılov çıxışını Ulu Öndərin irsinin fəlsəfi yönlərinə, azərbaycançılıq məfkurəsinin parametrlərinə yönəldib. Həmçinin, tədbirdə rayonun 7 nömrəli tam orta məktəbin direktoru Rəşad Əsədov isə Ulu Öndərin siyasi fəaliyyətindən, Azərbaycannı əldə etdiyi uğurlardan faktlara əsaslanaraq çıxış edib.

Sonra YAP Yevlax rayon təşkilatının gənc fəalları Rafiq Əliyev, Ləman Cəfərli, Aynur Quliyeva, Etibar Məmmədov, Vidadi Qarayev, Afaq Bayramova məktəblilərlə canlı təmas quraraq, Ulu Öndərin həyat və fəaliyyəti, geniş irsi barədə suallar ünvanladılar. Sonda YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev sualları düzgün cavablandıran və Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsində öz biliyi ilə seçilən məktəblilərin adlarını açıqladı və qaliblərə hədiyyələr təqdim edərək onlara daha böyük uğurlar arzuladı.

Ü.ƏSGƏROV

Digər xəbərlər