PDF Oxu

Siyasət

  • 14

Hadisə və Mustafa Ceceli hamını ayağa qaldırdı

Hadisə və Mustafa Ceceli hamını ayağa qaldırdı

Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş bayram konsertini 200 mindən çox insan canlı olaraq izləyib

Dünən 7 may tarixində Türkiyənin məşhur müğənniləri Hadisə və Mustafa Ceceli Gəncə şəhərində keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş bayram konsertində iştirak ediblər. Heydər Əliyev park-kompleksində təşkil edilmiş konsertdə qardaş Türkiyədən olan müğənnilər iki saata yaxın davam edən çıxışları zamanı ən hit və məşhur mahnılarını bayram konsertinə toplaşmış Gəncə sakinləri üçün ifa ediblər. Hadisəylə Mustafa Ceceli sonda Azərbaycan xalqına sürpriz etməyi də unutmayıblar. Belə ki, onlar Ulu Öndər Heydər Əliyevə həsr olunmuş və musiqisi bəstəkar Kamala, sözləri isə Baba Vəziroğluna aid olan "Sən elə bir zirvəsən" mahnısını ifa ediblər. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər rəhbərliyi atəşfəşanlıq sədalarında səsləndirilən bu mahnını ayaq üstə alqışlayıblar.

Eyni zamanda konserti Gəncə şəhəri və ətraf rayonlardan gələn 200 mindən cox insan canlı izləyib. Qeyd edək ki, konsert Gəncə şəhər icra hakimiyyəti tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik ad günü və "Gül bayramı" münasibətilə təşkil olunub.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər