PDF Oxu

Siyasət

  • 10

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbirlər davam etməkdədir

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbirlər davam etməkdədir

YAP Ağcabədi rayon təşkilatının tədbirlər planına müvafiq olaraq, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirlər davam edir. Rayonun ərazi ilk partiya təşkilatları "Ulu Öndərin anadan olmasının 100 illiyinədək hər il ildönümünün sayı qədər həmişəyaşıl ağac əkək" təşəbbüsünə qoşularaq bu ilin aprel ayının əvvəllərindən başlayaraq, rayon ərazisində ağacəkmə kampaniyasına start verilmiş və may ayının 3-də bu mühüm kampaniyaya yekun vurulmuşdur.

YAP Ağcabədi rayon təşkilatı ətrafında birləşən 98 ərazi ilk partiya təşkilatının hər biri parklarda, küçələrdə, müəssisə və təşkilatların həyətlərində, magistral yolların kənarında 91 həmişəyaşıl ağac əkmiş, becərilmə işlərinə başlanılmışdır. Ümumilikdə, YAP ərazi ilk təşkilatları tərəfindən 8918 həmişəyaşıl ağac əkilmişdir.

May ayının 6-da tədbirlər planına müvafiq olaraq, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş zona üzrə rayonlararası mini-futbol turniri keçirilmişdir. Turnirdə Mingəçevir, Beyləqan, Goranboy, Laçın və Ağcabədi rayonundan gələn komandalar iştirak etmişdir. İdmançılar yarışdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini ehtiramla yad ediblər.

Ağcabədi şəhər 11 saylı tam orta məktəbin mini-futbol meydançasında keçirilən turniri YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov açaraq idmançılara uğurlar arzulayıb. Püşkatma mərasimindən sonra komandalar arasında yarış başlanıb. Gərgin keçən idman mübarizəsində YAP Ağcabədi rayon təşkilatının komandası I yerə, Laçın rayon komandası II yerə, Mingəçevir şəhərinin komandası isə III yerə layiq görülüb. Turnirin qaliblərinə YAP Ağcabədi rayon təşkilatının fəxri fərmanları və kuboklar təqdim edilib.

Ağcabədi şəhər stadionunda 5 gün davam edən rayonun ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri arasında keçirilən atıcılıq yarışlarına da yekun vurulmuşdur. Şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Orxan Həsənov I yeri, şəhər 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Əhməd Əhmədzadə II yeri, şəhər 11 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əlirza Mehdiyev isə III yeri tutmuşdur. Keçirilən müsabiqə və yarışların qalibləri YAP Ağcabədi rayon təşkilatının yekun tədbirində fəxri fərmanlarla təltif ediləcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər